ELM VƏ TƏHSİL
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi əməkdaşlarının elmi sitat indeksli jurnallarda nəşr olunmuş məqalələrinin sayı artmaqdadır
Bakı, 10 aprel (AZƏRTAC). Ötən ili Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutları əməkdaşlarının elmi nailiyyətlərinin yüksəldiyi il kimi qeyd etmək olar.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə FRTEB-nin Riyaziyyat və Mexanika, Fizika, Kibernetika, Radiasiya Problemləri institutları, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, İnformasiya Texnologiyaları İnstitutu üzrə ümumilikdə 1.289 (706-ı xaricdə) məqalə nəşr olunmuşdur. Nəşr olunmuş bu məqalələrdən 348-i elmi sitat indeksli jurnallarda işıq üzü görmüşdür.