AMEA-nın Geologiya İnstitutunun əməkdaşı İtaliyada tədqiqat aparacaqdır
Bakı, 20 oktyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev İtaliyada tədqiqat aparacaqdır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabra planlaşdırılmış tədqiqat Bikokka Milan Universitetində həyata keçiriləcəkdir.
Q.Babayev zəlzələ və palçıq vulkanları püskürməsinin potensial mənbəyinin müəyyənləşdirilməsi, bu iki təbiət hadisəsinin hansının daha əvvəl başvermə ehtimalı və palçıq vulkanizminin püskürmə dinamikası istiqamətində yenilikləri öyrənəcək, bu sahədə tətbiq edilən müasir metodika ilə tanış olacaqdır. Araşdırmalar universitetin Yer və ətraf mühit elmləri şöbəsinin rəhbəri, professor Alessandro Tibaldi ilə birlikdə aparılacaqdır.
Qeyd edək ki, tədqiqat işləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyinə layiq görülmüş “Şamaxı-Abşeron ərazilərində baş verən zəlzələlərin təsiri nəticəsində həmin ərazidə olan palçıq vulkanlarının dərinliklərində mövcud statik və dinamik gərginlik şəraitlərinin dəyişilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]