Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər
Astana, 8 iyun, AZƏRTAC
Qazaxıstan yükdaşıyıcıları artıq Azərbaycan, Türkiyə və Qırğızıstana giriş icazələri üçün onlayn müraciət edə bilərlər.
AZƏRTAC “egov.kz” portalına istinadla xəbər verir ki, “elicense.kz” veb-saytı xarici icazələrin alınması üçün təyinat yerlərinin siyahısını genişləndirib.
Xarici icazə Qazaxıstan yükdaşıyıcısına müəyyən bir xarici ölkənin ərazisindən yük daşımaq hüququ verən sənəddir. Qazaxıstan bu cür icazələri ikitərəfli qaydada mübadilə edir.
Nəqliyyat vasitələrinin Qazaxıstanda qeydiyyatdan keçdiyi və beynəlxalq daşımalar üçün təsdiqlənmiş hüquqi şəxslər və fərdi sahibkarlar bu xidmətdən istifadə edə bilərlər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]