AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli psixoloq-alim, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin həyatı və elmi fəaliyyətinin biblioqrafik göstəricisi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
Vəsaitdə AMEA-nın müxbir üzvü Oruc Həsənlinin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, görkəmli elm və mədəniyyət xadimlərinin onun haqqında fikirləri, elmi əsərlərinin biblioqrafiyası, redaktə etdiyi və rəyçisi olduğu kitablar, iştirak etdiyi tədbirlər və digər məlumatlar yer alıb.
Oruc Həsənlinin tədqiqatlarında diyarşünaslıq, vətənpərvərlik tərbiyəsi azərbaycançılıq ideyası mühüm pedaqoji – metodiki təməllərindən biri kimi təqdim olunur. Tədqiqatlarında metodika amillərinin rolunu və yerini müəyyən edən tanınmış pedaqoq, həm də fənlərin tədrisi metodikasının əsaslarına dərindən bələd olaraq bu sahədə əhəmiyyətli əsərlər yaradıb. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru, 1 elmlər doktoru yetişib. 200-dən artıq elmi əsər, kitab və monoqrafiyaların müəllifi olan alim bu sahədəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, müxtəlif dövlət mükafatlarına və Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı Həmidə Mehbalıyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [18:09]
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib
- 04.02.2026 [17:44]
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb
- 04.02.2026 [17:09]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [16:44]
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
- 04.02.2026 [16:16]