AMEA-nın Radiasiya Problemləri İnstitutu: Magistrantlar 15 fəndən imtahan veriblər
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2019/2020-ci tədris ili üzrə qış imtahan sessiyası başa çatıb.
RPİ-dən AZƏRTAC-a bildirilib ki, magistrantlar sessiya ərzində radiasiya materialşünaslığı, təbii və fizioloji fəal maddələr kimyası ixtisasları üzrə ümumilikdə 15 fəndən imtahan veriblər.
Sessiyanın ilk imtahanı yanvarın 7-də fizikanın tarixi və metodologiyası fənnindən keçirilib.
Qeyd edək ki, sessiya ərzində bütün imtahanlar nəzarətçilər tərəfindən müşahidə olunub və heç bir neqativ hal baş verməyib. Magistrantlar imtahanlarda yüksək nəticələr göstəriblər.