AMERİKALI PİANOÇU GƏNCƏDƏ KONSERT VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi iIə tanınmış Amerika pianoçusu Robert Koney Gəncə Dövlət Kamera Orkestrinin konsert salonunda bu şəhərin musiqisevərləri ilə görüşmüşdür.
Gəncənin musiqi məktəbləri kollektivlərinə “ustad dərsi” keçən tanınmış pianoçu bacarıqlı şagirdlərin ifasını dinləmiş, ifaların bəzi məqamlarında onlara məsləhətlər vermişdir.
Sonra Robert Koney maraqlı proqramla çıxış etmişdir. Azərbaycanlı skripkaçı Fərhad Haşımovla birlikdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Sonata”sını ifa etdikdən sonra tanınmış pianoçu Amerika musiqilərini səsləndirmişdir.
Görüşün sonunda şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova çıxış edərək Gəncə musiqiçiləri adından Robert Koneyə minnətdarlıq etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]