AMERİKALI REJİSSORUN “MİSS QULAQ” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 16-da Kinematoqrafçılar İttifaqının kino zalında rus mənşəli Amerika rejissoru Mariya Yatskovanın “Miss QULaq” sənədli filmi nümayiş etdirilmişdir.
Filmin nümayişindən öncə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bu sənədli ekran əsəri haqqında məlumat vermişdir. Bildirmişdir ki, film Sovet İttifaqının süqutundan sonra Sibirin həbsxanalarında ildə bir dəfə gözəllik müsabiqəsi keçirən dustaq qadınların həyatından bəhs edir.
Qeyd olunmuşdur ki, “Miss QULaq” filmi Berlin Beynəlxalq Kino Festivalında mükafata layiq görülmüş və indiyədək təqribən 20 digər beynəlxalq festivalın iştirakçısı olmuşdur.
Dərin psixoloji təsir bağışlayan film böyük maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]