AMERİKALILAR İRAQDA DÖYÜŞ ƏMƏLİYYATLARINI İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN CƏBHƏLƏRİNDƏ OLDUĞUNDAN DAHA ARTIQ MÜDDƏTDƏ APARIRLAR
Lakin noyabrın 7-də Konqresə seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra Buş etiraf etməli olmuşdur ki, İraq müharibəsi cəmiyyətdə populyar deyil və nə isə bir iş görmək lazımdır. İndi o, həm Pentaqonun rəhbərliyindən, həm də Konqresin sərəncamı ilə yaradılan müstəqil komissiyadan tövsiyələr gözləyir. Bir çox qanunvericilər – demokratlar və bir sıra respublikaçılar qoşunları mərhələ-mərhələ çıxarmağa bacardıqca tez başlamağa çağırırlar.
Bununla bərabər, Buşun bəzi partiyadaşları, o cümlədən 2008-ci ildə prezident vəzifəsinə potensial namizəd senator Con MakKeyn, əksinə, İraqda konfessiyalararası zorakılığı cilovlamaq üçün oraya əlavə 20-30 min nəfərlik kontingent göndərilməsini də təkid edirlər.
Hazırda İraqda 141 min amerikalı var. Üç il səkkiz ayda orada ABŞ-ın hərbi qulluqçularından 2.869 nəfəri həlak olmuş və təxminən 21,8 min nəfəri yaralanmışdır.
Amerikalıların iştirak etdikləri digər müharibələrdən yalnız üçü indiki İraq kampaniyasından uzun sürmüşdür: Vyetnam müharibəsi – 8 il 5 ay (1964-cü ilin avqustundan 1973-cü ilin yanvarınadək), müstəqillik uğrunda müharibə - 6 il 9 ay (1776-cı ilin iyulundan 1783-cü ilin aprelinədək) və Vətəndaş müharibəsi – 4 il (1861-ci ilin aprelindən 1865-ci ilin aprelinədək). Əfqanıstan müharibəsi 2001-ci ilin oktyabrından davam edir. ABŞ Koreyada 3 il 1 ay (1950-ci ilin iyunundan 1953-cü ilin iyulunadək) müharibə aparmışdır. Amerikalılar Birinci dünya müharibəsi cəbhələrində 1 il 7 ay (1917-ci ilin aprelindən 1918-ci ilin noyabrınadək) vuruşmuşlar.
İtkilər baxımından millət üçün ən fəlakətlisi Vətəndaş müharibəsi idi – azı 620 min itki olmuşdur. Sonra İkinci dünya müharibəsi gəlir – təxminən 406 min nəfər. Birinci dünya müharibəsində 116 min, Vyetnam və Koreya müharibələrində müvafiq surətdə 58 min və 37 min amerikalı həlak olmuşdur.