“Amkodor” bu ilin sonunadək Azərbaycana 88 ekskavator göndərəcəkdir
Minsk, 16 noyabr (AZƏRTAC). Belarusun “Amkodor” Açıq Səhmdar Cəmiyyəti 2013-cü ilin sonunadək Azərbaycana 88 ekskavator göndərəcəkdir.
Belarus müəssisəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Təşkilatının yükvurma texnikasının alınması üçün təşkil etdiyi tenderdə qalib gəlmişdir. “Amkodor”un ölkəmizdəki dileri - “Aqrointer” MMC texnikanın istismarını, heyətin öyrədilməsini və maşınlara servis xidmətini təmin edəcəkdir.
Belarus holdinqinin məhsulu Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin mütəxəssislərinə yaxşı tanışdır. Ölkəmiz son iki ildə Amkodor-702EB ekskavatorları ilə bərabər, universal Amkodor-342B, 352 və 320, frontal 333 B, habelə teleskopik oxlu 527 yükləmə maşınları almışdır.
Amkodor-702EB ekskavatorları “Amkodor-Pinsk” QSC tərəfindən MT3-82.1. traktoru bazasında istehsal olunur. Maşın torpaq işləri görür, torpağı bərabərləşdirir, qar və zibildən təmizləyir, xəndək, habelə 4,1 metr dərinliyində özül qazır. Meliorasiya və suvarma işlərində də bu universal maşından istifadə olunur.
“Amkodor” holdinqi MDB və Avropa ölkələrində ən iri yol-inşaat, kommunal, qartəmizləyən, meşə və kənd təsərrüfatı texnikasının və digər xüsusi texnikanın ən iri istehsalçılarından biridir. Holdinqin müəssisələrində hər il 80-dən çox model və modifikasiyadan olan 5 min vahiddən artıq xüsusi maşın istehsal olunur. Həmin maşınlar 30-dan çox ölkədə istismar olunur. Mütəhərrik borta və teleskopik oxa malik bu bir çalovlu universal və frontal yükləmə maşınları çəngəlli avtoyükləyicilər, aerodrom yığım maşınları, qartəmizləyən və xəndəkqazan maşınlar, yükləyici buldozer və ekskavatorlar, frezer və qazma-kran maşınları, xarvester və forvaderlər, toxumtəmizləmə-qurutma kompleksləridir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk