Amnistiya aktına əsasən Naxçıvanda bu günədək 60 nəfər məhkum azadlığa buraxılıb
Naxçıvan, 6 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Amnistiya aktına əsasən bu günədək 60 məhkum azadlığa buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunlardan 2 nəfəri böyük ictimai təhlükə törətməyən, 1 nəfəri ağır, 57 nəfəri isə az ağır cinayət törədənlərdir. Eyni zamanda, 72 məhkumun cəzası 6 ay azaldılıb, cəzası 6 ay azaldılan 1 nəfər az ağır, 4 nəfər isə ağır (ehtiyatsızlıqdan) cinayət törədənlərdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumları tərəfindən 118 məhkum barəsində amnistiya tətbiq etmə barədə qərar qəbul edilməklə cəzadan azad olunub. 33 məhkumun barəsində isə amnistiya tətbiq edilməsi ilə bağlı müvafiq məhkəmələrə təqdimatlar verilib və həmin təqdimatlar təmin olunub.