Anar Quliyev: WUF13 əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək VİDEO
Bakı, 17 may, AZƏRTAC
“Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasından (WUF13) gözləntilərimiz böyükdür”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Komitə sədri bildirib ki, builki tədbir əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Onun sözlərinə görə, müxtəlif yeni təşəbbüslər və tədbirlər təşkil olunacaq, o cümlədən məhəllələr və urban məkanlarla bağlı xüsusi seqment ilk dəfə Azərbaycanda keçiriləcək.
“Bu, dünya dövlətlərinin şəhərsalma və urbanizasiya məsələlərinə verdiyi önəmin göstəricisidir. Bakı artıq qlobal urbanizasiya gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilməkdədir”, – deyə Anar Quliyev vurğulayıb.