Ankara Universitetinin rektoru Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub
Bakı, 4 iyun, AZƏRTAC
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun direktoru Allahverdi Musayev və baş həkim Azər Əhmədov Necdet Ünivarı Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsi, Vaxtından əvvəl doğulanların patologiya şöbəsi, Pediatriya şöbəsi ilə tanış ediblər. Necdet Ünüvar institutda yaradılan şəraiti yüksək qiymətləndirib.