Ankarada Qazaxıstanın dövlət müstəqilliyinə həsr olunan dəyirmi masa keçirilib VİDEO
Ankara, 14 dekabr, AZƏRTAC
Ankarada Türkiyənin Prezident Administrasiyasının Milli Kitabxanasında Qazaxıstanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və digər qazaxıstanlı müəlliflərin əsərləri Türkiyənin Prezident Administrasiyasının Milli Kitabxanasına hədiyyə edilib.
Milli Kitabxananın bölmə müdiri Ayhan Tuğla, Qazaxıstan Milli Kitabxanasının müdiri Umitkhan Munalbeyeva, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və başqaları dəyirmi masadakı çıxışlarında Qazaxıstanın müstəqillik illərində inkişafından, Türkiyə-Qazaxıstan münasibətlərinin yüksəlişindən və bu prosesin tarixi əhəmiyyətindən, türk dünyasının birliyində və aydınlaşmasında qazax ədəbiyyatının yeri və rolundan danışıblar.
Hədiyyə olunun kitablar Milli Kitabxana üçün böyük qənimət kimi dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara