Antiinhisar qanunvericiliyinin pozulması üzrə iş qaldırılıb
Bakı, 22 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb. Dövlət Xidməti tərəfindən araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamı çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]