AQTA-nın nümayəndəsi Parisdə beynəlxalq tədbirdə iştirak edir
Bakı, 15 may, AZƏRTAC
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.
Görüşdə əldə olunan nəticələr mayın 18-22-də keçiriləcək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) nümayəndələri Assosiasiyasının 93-cü Ali Baş Sessiyasında müzakirə ediləcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, ÜHST-də islahatların aparılması planının hazırlanması məqsədilə 2024-cü ildə İdarəetməyə Nəzarət Komitəsi yaradılıb. Komitədə ÜHST üzvü olan 183 dövlətdən 16-sı, o cümlədən Azərbaycan təmsil olunur. Ölkəmiz, həmçinin təşkilatın Avropa Regional Komissiyasına daxil olan 53 və Komitə üzvü olan 4 ölkədən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [14:06]
AQTA “Doğru seçim, yüksək nəticə” kampaniyasını davam etdirir
- 15.05.2026 [14:01]
Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər
- 15.05.2026 [14:01]
Yeniyetmələrə erkən nikahın mənfi təsirləri barədə məlumat verilib
- 15.05.2026 [13:38]
Cəbrayılda növbəti sağlamlıq aksiyası zamanı 120 nəfər müayinə olunub
- 15.05.2026 [12:58]