Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqlar “Cırtdan”sız darıxır

Bakı, 12 iyul (AZƏRTAC). Gələcəyimiz olan uşaqların davranışının formalaşmasında aldıqları tərbiyə, oxuduqları kitablar, onları əhatə edən mühitlə yanaşı, hər gün telekanallardan izlədikləri cizgi filmlərinin də böyük təsiri vardır. Heç kim şübhə etmir ki, cizgi filmlərinin qəhrəmanları uşaqların xarakterinə, danışığına, davranışına çox güclü təsir göstərir.

Bəs elə isə niyə Azərbaycanda istehsal olunan cizgi filmləri ekranlarda görünmür? Səbəbləri sadalamağa çalışaq:

- cizgi filmləri çox baha başa gəlir;

- ixtisaslı kadrlar çatışmır;

- dərs deyə biləcək, təcrübəsini bölüşəcək mütəxəssislər yoxdur;

- gəncləri bu işə cəlb etmək asan deyil və s.

Bir ailənin sevimlisi “Maşa i medved”, o birininki “Tom and Jerry”, digərininki “Şrek”, başqa birininki “Öcük ile böcük” və bu kimi serial qəhrəmanlarıdırsa, xarici cizgi filmlərinin təsiri altında böyüyən uşaqlarımızın gələcəyinin mili-mənəvi dəyərlərimizin qorunması baxımdan ürəkaçan olduğunu söyləyə bilərikmi? Əsrlərin sınağından keçmiş atalar sözündə deyildiyi kimi: “Nə tökərsən aşına...”

Axı nə qədər nağıllarımız, dastanlarımız, onların əsasında yaradılmış yazılı ədəbiyyat nümunələrimiz var... Bir tərəfdən uşaqların beynini ağ kağızla müqayisə edirik, digər tərəfdən isə bu ağ kağıza o tifillərin özlərinin də xəbəri olmadan cizgi filmləri vasitəsilə dilimizə, mədəniyyətimizə yabançı ifadələr, davranış qaydaları köçürürük. Süjeti, məntiqi sonluğu olmayan, nifrət, zalımlıq, qəddarlıq təlqin edən, uşaq qəlbini mərhəmətdən, xeyirxahlıqdan, böyük-kiçik anlayışından, ana-ata sevgisindən uzaqlaşdıran bu cür cizgi filmlərinə baxa-baxa böyüyən uşaqların sonrakı taleyi narahatlıq doğurur. Onlar 14-15 yaşlarına çatanda dad-aman edəcəyik ki, bu, kimə oxşadı, dostları kimdir və s...

Orta nəslin sevə-sevə baxdığı “Tıq-tıq xanım və siçan bəy”, “Cırtdanın yeni sərgüzəşti”, “Humayın yuxusu”, “Meşəyə insan gəlib”, “Tülkü həccə gedir”, “Kirpi balası və alma” və digər cizgi filmlərində dərin hikmətin sadə dillə çatdırılması bu gün də yadımızdan çıxmır. Məgər müasir inkişafı nəzərə almaqla sevimli qəhrəmanlarımızı yeni şəraitdə və müasir süjetlər əsasında təqdim etmək mümkün deyil? Uşaq psixologiyasına uyğun, həyətdə, məktəbdə, ictimai yerlərdə hər gün rastlaşdıqları balacaların ümumi cəhətlərini özündə birləşdirən və səciyyəvi xüsusiyyəti ilə seçilən qəhrəman obrazları yaratmaq beləmi çətindir?

Bu gün animasiya dünya kinosunun ən nüfuzlu sahələrindəndir. Hazırda bir çox ölkələr bu sahədəki uğurları ilə nəinki, öyünür, həm də mədəniyyətini, dilini, incəsənətini, keçmişini, bu gününü təbliğ edir, sevdirir. Burada etiraf etməliyik ki, milli cizgi filmlərimiz çox azdır. Niyə? Səbəbini araşdırmaq məqsədilə əlaqədar müəssisələrə, təşkilatlara bu sahədə təcrübəsi olan mütəxəssislərə üz tutduq.

İlk görüşüb, söhbət etdiyimiz “Azanfilm” studiyasının direktoru Fariz Əhmədov bildirdi ki, ümumiyyətlə, animasiyada digər audiovizual sahələrdən fərqli olaraq hər şey sıfırdan yaradılır. Burada fon, personajlar, hərəkət kimi bütün elementlər əl ilə yaradıldığı üçün vaxt çox gedir. Azərbaycan şəraitində 8-10 dəqiqəlik filmin istehsalına 7-10 ay vaxt lazımdır. Bu, filmin janrından, personajların sayından və 2D, 3D, klassik animasiya, yaxud kukla animasiyası formatında çəkilməsindən asılıdır. Animasiya dünyada yeganə sahədir ki, xərclənən pul saniyə ilə ölçülür. Filmin bir dəqiqəsi ən azından 10 min manata başa gəlir.

F.Əhmədovun sözlərinə görə, ölkəmizdə animasiya filmlərinin istehsalında əsas problemlərdən biri də kadr çatışmazlığıdır. Azərbaycanda hər hansı ali və yaxud orta ali təhsil müəssisəsində sırf bu sahə ilə məşğul olacaq kadr hazırlanmır. Animasiya sahəsində çalışanlar sovet dövründə təhsil almış insanlardır ki, onların da ən cavanı təqaüd yaşına yaxınlaşanlardır. Hazırda bu sahədə işləyən gənclərin hamısı özfəaliyyət səviyyəsində çalışan, yəni özləri öyrənib bu işə qoşulan adamlardır. Keçən il biz iki əməkdaşımızı xaricə 10 günlük ustad dərslərinə göndərdik. Bunun özünün də böyük köməyi olur. Mədəniyyət və Turizm Nazirliyi Rusiyanın və Avropanın müxtəlif universitetlərində müvafiq sahədə təhsil almaq istəyən gəncləri dəstəkləyir və yardım göstərməyə hazırdır.

“Azanfilm” studiyasının direktoru deyir ki, artıq bu ildən Mədəniyyət və Turizm Nazirliyi 3D formatında kadr hazırlığına başlayacaq, yəni “Azanfilm” studiyasının nəzdində kurslar açılacaqdır. Təlimlər Rusiyanın məşhur animasiya məktəbinin müəllimləri tərəfindən aparacaqdır. Kursların ikinci mərhələsi üçün hazırlanacaq studiyanın texniki bazasının möhkəmləndirilməsi məqsədilə 50 min manatlıq texnika sifariş olunmuşdur. İyulun 15-dək o texnikanı alacağıq.

Animasiya filmində bir adamın bütün işləri görə bilmədiyini söyləyən Fariz Əhmədov burada komanda işinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, 4-5 hissəyə bölünən cizgi filmi istehsalında rəssam personajların yaradılması, aktyor işini bilən animasiya, kompyuter mühəndisi isə post prodakşn, vizuallaşdırma və yaxud sümükləmə ilə məşğul olur. Sözügedən kursa qəbulda da bu məsələlər nəzərə alınacaqdır. Kurs 6 ay davam edəcəkdir. Kursu bitirənlər transfer alaraq layihələrdə işləyəcək, bizi qane edənlər işsiz qalmayacaqdır.

Bu ildən etibarən animasiya filmlərinin çəkilişinin sayının artdığını söyləyən Fariz Əhmədov demişdir ki, əgər əvvəlki illərdə 1-2 film çəkilirdisə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 5 film istehsaldadır. Biz həm də serial animasiyasına başlamışıq. Bilirsiniz ki, ötən müddətdə “Ən güclü kimdir?” filmini tam bitirdik. Bu, 15 dəqiqəlik film Azərbaycanda ilk çoxpersonajlı animasiya filmidir. Filmdə 20-dən artıq personaj vardır. Bu işin davamı olaraq “Gəlin birlikdə öyrənək” adlı filmin istehsalına başlanılmış və artıq 1, 2-ci seriyaların çəkilişi gedir. Uzunmüddətli layihədə 50 seriyanın ilkin ssenarisi vardır. Digər filmimiz oktyabrda tamaşaçılara təqdim edəcəyimiz “Köhnə mismar” adlanır.

Cizgi filmləri sahəsindəki mövcud durumla bağlı daha dolğun məlumat əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxova müraciət etdik.

Azərbaycanda cizgi filmləri istehsalının ötən əsrin 60-cı illərindən başlandığını deyən müsahibimiz müvafiq istiqamətdə işlərin bu gün də davam etdirildiyini, keçən il 2-3 cizgi filminin çəkildiyini bildirdi. Qeyd etdi ki, bizdə əsas cizgi filmi istehsalçısı “Azanfilm” studiyasıdır. Müstəqil studiyalara da sifarişlər verilir. Hazırda maarifləndirici, yəni çox sadə, azyaşlı uşaqlar üçün nəzərdə tutulan, əlifba, say, rənglər kimi ehtiyac duyulan mövzulara müraciət olunur. Eyni zamanda, nağıl tipli, yaxud hər hansı əhvalat üzərində qurulmuş filmlər də çəkilir. Çalışırıq ki, cizgi filmlərinin istehsalının həcmini artıraq. Sözsüz ki, bu sahədə əsas məsələlərdən biri də vəsaitin və maraqlı ideyanın olmasıdır. Bu məsələlər həllini taparsa cəmiyyətimizin böyük ehtiyac duyduğu cizgi filmlərinin istehsalını sürətləndirə biləcəyik.

Telekanallarda daha çox xarici cizgi filmlərinin yer aldığına gəlincə, həmsöhbətimiz bildirdi ki, ildə ölkəmizdə istehsal olunan 2-3 cizgi filmini hər dəfə efirdə göstərmək olmur. Televiziyaların öz proqram siyasəti, reytinq məsələsi var.

Bu sahədə kadr hazırlığı məsələsinə toxunan nazirliyin əməkdaşı animasiya filmləri istehsalının çox dəqiq, spesifik peşəkarlar tələb etdiyini diqqətə çatdırdı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Rəssamlıq Akademiyasını bitirmiş gənclərin animasiya filmləri üzərində çalışmalarına, onların bu istiqamətə marağını artırmağa çalışsaq da, bu iş heç də həmişə uğurlu nəticə vermir. Bu gün sırf animasiya ixtisası üzrə fakültə açmaq sərfəli deyil. Digər tərəfdən, bu cür fakültələr yaransa belə, orada dərs deyə biləcək mütəxəssislər yoxdur.

Y.Şexov demişdir ki, bu sahədə boşluğu doldurmaq üçün nazirliyin konkret planı xaricdən mütəxəssislər cəlb etməklə treninqlərdə peşəkarların təcrübəsindən bəhrələnməkdir. Düşünürük ki, hələlik ən sərfəli yol budur.

Nazirliyin sektor müdirinin sözlərinə görə Polşa animatorları ilə konkret layihələr var və bu, birgə filmlərin çəkməsinə və istedadlı gənclərin adıçəkilən ölkədə təhsillərini davam etdirmələrinə təkan verəcəkdir.

Müstəqil studiyalara da sifarişlərin verildiyini eşitdikdən sonra növbəti ünvanımız “3Dost” animasiya studiyası oldu. 2010-cu ildə yaradılmış bu studiyanın təsisçiləri və direktorları gənc animatorlar Rəşad Əfəndiyev, Yusif Qabilov, layihə meneceri Səmayə Əsgərovadır.

Bizimlə həmsöhbət olan Rəşad Əfəndiyev və Səmayə Əsgərova bildirdilər ki, 3D formatında cizgi filmi çəkmək o qədər də asan deyil. Burada böyük komanda lazımdır. Problem təkcə animatorlarda deyil. Ümumiyyətlə, uşaqlar 3D formatında xarici cizgi filmlərinə baxırlar və o qədər gözəl keyfiyyət görürlər ki, sonra daha zəif filmlərə baxmağa onları cəlb etmək olmur. Onlar keyfiyyətli görüntü gözləyirlər. Bunu isə 3D formatı verir. Problem təkcə görüntüdə də deyil. Keyfiyyətli cizgi filmi üçün yaxşı ssenari olmalıdır. Bu isə uşaq psixologiyasını gözəl bilən peşəkar tərəfindən yazılmalı, uşağa müsdət keyfiyyətlər aşılamalı, balaca tamaşaçının diqqətini cəlb etməlidir. Cizgi filminin hazırlanmasında uşaq dünyasına dərindən bələd olan, gözoxşayan obrazlar yarada bilən yaxşı rəssamlar işləməlidir. Həmçinin güclü animatorlar lazımdır. Azərbaycanda 3D formatında ilk cizgi filmini “3Dost” animasiya studiyası çəkmişdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilmiş bu film “Cırtdan və Təpəgöz” adlanır. Bu, birinci işimiz idi. Mütəxəssis tapmaqda çətinlik çəkirdik..

Film ərsəyə gəldi, bəyənildi, ikinci hissəsini çəkməyə dəstək aldıq. Artıq bu sahədə təcrübəmiz olduğundan işimiz daha sürətlə və asan gedir. Filmin istehsal prosesi başlayıb və preprodakşn (ön hazırlıq) mərhələsindədir. Bir il ərzində hazır olması gözlənilir. 14 dəqiqəlik filmin ssenari müəllifi Yusif Şeyxovdur. Serial formasında davamlı olaraq çəkmək istəyirik. Komanda üzvlərimizin sayı artdıqca işimiz sürətlənəcək.

Yeni layihələrimiz də var. Xarici ölkə prodüserlərindən təkliflər almışıq. Heç şübhəsiz, uşaqlar telekanallarımızda Azərbaycan mədəniyyətini əks etdirən, onların psixologiyasına yaxın olan cizgi filmləri görəcəklər. Məqsədimiz budur ki, Azərbaycanın cizgi filmləri göz oxşasın, xarici ekranlara çıxsın, ən əsas isə uşaqlarımız öz dilimizdə öz cizgi filmlərimizə baxsın.

Həmsöhbətlərimiz bu sahədəki nigarançılığımıza qismən də olsa rahatlıq gətirdilər. Təki görüləcək işlərin həlli yubanmaya və balalarımızın tezliklə ekran başında maraqla, həvəslə Azərbaycan cizgi filmlərini izlədiyini və hər bir seriyanı səbirsizliklə gözlədiyini görək və sevinək. İnanırıq ki, belə də olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib