Azərbaycan Dövlət İnformasiya Agentliyi

Araz Əlizadə: Ermənistanı silahlandırmaq revanş xülyası ilə yaşayanlara yanlış inam verə bilər

Araz Əlizadə: Ermənistanı silahlandırmaq revanş xülyası ilə yaşayanlara yanlış inam verə bilər

Bakı, 17 avqust, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə və törətdiyi cinayətlər nəticəsində ərazilərimizin 20 faizi işğal altına düşdü. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymadı. Nəticədə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Qarabağ probleminin həlli heç bir hüquqi təsir alətinə malik olmayan ATƏT-ə həvalə edildi. Otuz il davam edən danışıqların sadəcə olaraq vaxt aparmağa hesablandığını bütün dünya gördü. ATƏT-in Minsk qrupunun vaxtaşırı dəyişən həmsədrlərinin işi Azərbaycana, Ermənistana və işğal olunmuş ərazilərimizə səfər edib boş-boş danışıqlar aparıb yeyib-içməkdən ibarət idi. Həmsədrlərin nəsə etmək fikirləri olmamaqla bərabər, onların fəaliyyət çərçivəsinə düşmən ölkəyə dəstək verməkdə də var idi. Düşünürdülər ki, heç bir nəticə verməyən danışıqlar daim belə davam edəcək və müəyyən vaxt keçdikdən sonra Azərbaycan vəziyyətlə barışacaq. Ölkəmiz isə əlbəttə, bu problemi sülh yolu ilə, lakin effektiv nəticə verən danışıqlarla həll etmək istəyirdi. Lakin bu baş vermədi. Fikir verin, hər dəfə danışıqlar nəticəsində hər hansı bir irəliləyiş baş verəndə, problemin həlli üçün şərait yarananda dərhal Ermənistanda hər hansı “gözlənilməz hadisə” baş verirdi və düşmən bunu əsas gətirərək danışıqları dayandırırdı. Ümumilikdə, ATƏT-in Minsk qrupu çox qəribə və anlaşılmaz addımlarla bizim yadımızda qaldı.

Bilindiyi kimi, həmsədr ölkələrdən Fransa açıq-aşkar təcavüzkar Ermənistanın tərəfindədir, ABŞ uzun müddət Ermənistana və müəyyən illərdə separatçılara da maddi yardım göstərirdi, Rusiya isə 30 il ərzində onları silahlandırırdı. Silahlar ya əvəzsiz verilirdi, ya da güzəştli kredit adı ilə satılırdı. Lakin müəyyən müddət keçəndən sonra həmin kredit silinirdi və yenə də Ermənistana silahlar pulsuz verilirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.

Araz Əlizadə deyib ki, baş verən proseslərin ardıcıllığına nəzər salaraq vurğulamaq istəyirəm ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan danışıqlar prosesini tam pozdu və ölkəmizə qarşı müntəzəm təxribatlar törətməyə başladı. Belə ki, ötən ilin iyul ayında Tovuz istiqamətindəki təxribat, avqust ayında terror aktları törətmək məqsədilə göndərilmiş diversiya qrupu, daha sonra separatçıların “parlamentinin” Şuşa şəhərinə keçirilməsi xəbəri və nəhayət Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı. Son olaraq Ermənistanın sentyabrın 27-də müxtəlif istiqamətlərdən yaşayış məntəqələrimizi ağır artilleriya ilə atəşə tutması nəticəsində müzəffər Ordumuz əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal edilmiş torpaqlarımızı azad etdik. Müharibə dövründə bir çox siyasi qüvvələr bunun nə qədər davam edəcəyini düşünürdülər. Həmçinin ölkəmizə qarşı çoxlu təzyiqlər olurdu. Otuz il ərzində Ermənistana təzyiq göstərməyən ölkələr, həmin günlər Azərbaycana təsir göstərmək istəyirdilər. Bu məqamda Prezident İlham Əliyevin qətiyyətini, cəsarətini, və vətənpərvərliyini xüsusi olaraq vurğulamaq istəyirəm. Prezident İlham Əliyev həmin günlər demək olar ki, beynəlxalq aləmdə baş verən təzyiqlərə qarşı tək başına çıxış edirdi. Eyni zamanda, 44 gün ərzində dünyanın nəhəng media qurumlarına verdiyi müsahibələr də hər kəsin yadındadır. Həmçinin müharibə vaxtı Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin və bu işdə Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi rolu var. Türkiyənin dəstəyi sayəsində bəzi ölkələr Ermənistana daha güclü (istənilən kimi) yardım edə bilmədilər. Müharibə nəticəsində Azərbaycan həm öz dostlarını, həm də öz əleyhdarlarını daha da yaxından tanıya bildi. Silahlandırma məsələsinə gəlincə, bir neçə gün bundan əvvəl Rusiyanın müdafiə naziri erməni həmkarı ilə görüşdə vurğuladı ki, Rusiya silahlarının Ermənistana göndərilməsi prosesi başlayıb. Prezident İlham Əliyev avqustun 14-də “CNN Türk” telekanalına verdiyi müsahibədə tamamilə doğru vurğuladı ki, həmin bəyanatlar bizi narahat edir. Ermənistanın təcavüzkar dövlət olmasını, son 30 ildə Ermənistan cəmiyyətinə aşılanan radikal millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın təsiri altında formalaşmış psixoloji durumun və həmin cəmiyyətin ideoloji sütunun darmadağın olmasını nəzərə alaraq onları silahlandırmaq orada müəyyən revanş xülyası ilə yaşayanlara yanlış bir inam verə bilər. Həmçinin Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi yolverilməzdir və buna son qoyulmalıdır. Bu silahlandırma prosesi və, həmçinin Ermənistanın müdafiə nazirinin son günlərdə verdiyi “Azərbaycan hərbi qulluqçularına atəş açın” xarakterli əmri sülhməramlıların olduğu ərazidən ordumuzun yerləşdiyi mövqelərdə təxribat törədilməsi üçün zəmin yaradır. Təəssüf ki, son vaxtlar biz bunun şahidi də oluruq. Rusiya ölkəmizə yaxın qonşu dövlət kimi üçtərəfli Bəyanatı öhdəsinə düşən səviyyədə yerinə yetirməlidir. Həmçinin sülhün bərqərar olunmasına və problemin siyasi cəhətdən tam olaraq həll edilməsinə töhfə verməlidir. Azərbaycan həmin ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir. Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, həmçinin insanların dəqiq sayını da bilirik. Ermənistanın bu təxribat siyasətinin davamı onun üçün çox ağır fəsadlara gətirib çıxara bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, onlar unutmasınlar ki, “dəmir yumruq” yerindədir!

Partiya sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyəti tamamilə səmərəsiz idi. Lakin, eyni zamanda, Azərbaycanda Birinci Qarabağ müharibəsindən sonra ölkə daxilində AXCP-Müsavat tandeminin “əməyi” nəticəsində demək olar ki, sıfırdan başlayan quruculuq işləri, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğu işləri, həqiqətin beynəlxalq aləmə çatdırılması, ölkələrlə münasibətlərin qurulması və bir çox mühüm zaman tələb edən işlər üçün vaxt lazım idi. Ölkəmiz bu vəzifələrin öhdəsindən qısa müddət ərzində gəldi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti, prinsipial, uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsi olaraq ölkəmiz bu gün yüksək sürətlə inkişaf etməkdədir və Azərbaycanın əsas problemi olan işğal olunmuş ərazilərimizi azad etmişik.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquqa həmişə hörmətsiz yanaşıb, Xocalıda soyqırımı və digər ağır müharibə cinayətləri törədib. Beynəlxalq aləmdə hökm sürən ikili standartların bariz nümunələrindən biri də saxta “erməni soyqırımı”nı tanıyan ölkələrin Xocalı soyqırımını tanımaq istəməməsidir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü güclü diplomatiya sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha əhatəli çatdırılması nəticəsində 13 ölkə Xocalı soyqırımını tanıyıb. Həmçinin 16 ölkə, o cümlədən ABŞ-ın 20 ştatı Xocalı soyqırımı ilə bağlı sənədləri qəbul edib”, - deyə partiya sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə şahid olduqlarımız Ermənistanda formalaşan nifrət ideologiyasının nəticəsidir. Demək olar ki, onların yaşadığı bir neçə şəhər və kəndlərdən başqa bütün şəhərlər, kəndlər infrastruktur, tarixi, mədəni, dini abidələr vəhşicəsinə yerlə yeksan edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma ilə bağlı gərgin işlər aparılır. Həmin işlər dövlətimizin başçısının nəzarəti altında planlı şəkildə, maksimum sürətlə həyata keçirilir. Tezliklə həmin ərazilər canlanmağa başlayacaq. Bu proseslər zaman tələb edir, çünki vurğuladığım kimi, düşmən hər şeyi məhv edib və bütün ərazilərdə xeyli sayda minalar basdırıb. Bu yaxınlarda Ermənistan Ağdamda basdırılan minaların xəritəsini təqdim etmişdi, lakin məlum oldu ki, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Ərazilərin təmizlənməsi də əlbəttə ki, çox zaman tələb edir, çünki insanların təhlükəsiz yaşaması əsas prioritetlərdəndir.

A.Əlizadə qeyd edib: “Ermənistan başa düşməlidir ki, üçtərəfli Bəyanatın bəndləri tam icra edilməlidir. Ölkəmizlə sülh müqaviləsi bağlanmalı, sərhədlərin demarkasiya və delimitasiyası sona çatdırılmalıdır. Bəyanatda yer alan əsas məqamlarından biri olan Zəngəzur dəhlizinin açılması sayəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan birbaşa əlaqəni bərpa edəcək. Zəngəzur koridorunun açılması regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsinə gətirib çıxaracaq. Türkiyə ilə iqtisadi əlaqələr daha da gücləndiriləcək. Bu dəhlizdə həm dəmir yolu, həm də avtomobil yolunun olması zəruridir. Dəhlizin sayəsində Orta Asiya ölkələrinə daha qısa çıxış təmin ediləcək. Bu dəhliz Ermənistanın özü üçün də çox səmərəli olacaq, çünki Rusiya və Ermənistan arasında dəmir yolu açılacaq. Halbuki, onlar bu layihə üzərində 20 ildir danışıqlar aparırlar, lakin ortada heç bir nəticə yoxdur”.

Partiya sədri diqqətə çatdırıb ki, həmçinin son günlərdə sülhməramlıların yerləşdiyi ərazilərə çoxlu sayda İranın yük maşınlarının göndərilməsi də ölkəmizi narahat edən amillərdən biridir. İranda yeni hakimiyyətin formalaşması prosesi gedir. Ümid edirik ki, Tehran Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini İran-Azərbaycan qarşılıqlı əməkdaşlığından və Qarabağda sülhün bərqərar edilməsi istiqaməti fonunda yürüdəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır