Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARAZ ƏZİMOV: ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ORTA MƏXRƏCƏ GƏLƏ BİLƏR

Martın 30-da Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Kanada və ABŞ-a işgüzar səfəri başa çatmışdır. Xatırladaq ki, Araz Əzimov 1996-cı ildə yaradılan ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda Azərbaycan tərəfindən həmsədrdir. Amerikalı həmsədr isə dövlət katibinin siyasi-hərbi məsələlər üzrə müavini Con Hillendir. İllik dialoq ölkələrimiz arasında hərbi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığa dair müzakirələri nəzərdə tutur. Dialoqun budəfəki mərhələsində Azərbaycan tərəfi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmuşdu. Xarici işlər nazirinin müavini ilə yanaşı, müzakirələrə milli təhlükəsizlik nazirinin müavini Fuad İsgəndərov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə və Hərbi Dəniz Qüvvələrinin baş komandanı Şahin Sultanov da qoşulmuşdular. Təhlükəsizlik dialoqu martın 29-da gün ərzində Dövlət Departamentinin binasında aparılmışdır. Gündəliyə qlobal terrorla müharibədə əməkdaşlıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda ABŞ-Azərbaycan əməkdaşlığının gücləndirilməsi və s. məsələlər daxil idi.

Araz Əzimov dialoqda iştirak etməklə yanaşı, Vaşinqtonda ABŞ dövlət strukturlarının nümayəndələri ilə də görüşmüşdür. Milli Təhlükəsizlik Şurası, Pentaqon və Konqresin təmsilçiləri ilə söhbətlərdə Cənubi Qafqazdakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları kimi mövzular nəzərdən keçirilmişdir. Xarici işlər nazirinin müavini Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində “Azərbaycanın təhlükəsizlik gündəliyi” mövzusunda çıxış etmişdir.

Araz Əzimov Şimali Amerikaya səfərinin nəticələri barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə vermişdir.

- Siz Azərbaycanın Ottavaya səfər edən ilk rəsmisisiniz. Bu ölkədə Azərbaycana maraq hansı səviyyədədir? Müzakirələriniz barədə nə deyərdiniz?

- Doğrudur, bu, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndəsinin Kanadaya ilk səfəri idi. Amma Kanada ilə dialoqumuz bir neçə ildir ki, davam edir. Mən Bakıda keçirilən görüşləri, çoxtərəfli toplantılar çərçivəsində aparılan ikitərəfli görüşləri nəzərdə tuturam. Kanada və Azərbaycanın birgə üzv olduğu təşkilatlar var. Avratlantik Tərəfdaşlıq Şurası, ATƏT çərçivəsində əməkdaşlıq edirik. Kanada Avropadan coğrafi mənada uzaq olsa da, bölgədəki proseslərə maraq göstərir və onlarda iştirak edir. Təbii ehtiyatlarla zəngin olan bir ölkənin şirkətləri kimi, Kanada şirkətləri qlobal enerji layihələrində yaxından iştirak edirlər, lakin onların Azərbaycana marağı hələ çox deyildir. Bunun üçün hər iki ölkə tərəfindən qarşılıqlı addımlar atılmalıdır. Ən əvvəl, əlaqələrimizin hüquqi əsası inkişaf etdirilməlidir. Hazırda yalnız bir ikitərəfli sazişimiz var. NATO-nun üzvü kimi Kanada Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramındakı öhdəliklərinin yerinə yetirilməsində yardım edə bilər. Bundan başqa, Kanadanın təbii ehtiyatların planlaşdırılması, idarə edilməsi, təsisatların yaradılması, dövlət qurumlarının özəl sektorla əlaqələri, informasiya texnologiyaları sahəsində böyük nailiyyətlərindən öyrənə bilərik.

Cəmi bir günlük səfər ərzində bütün sahələr üzrə müzakirələr mümkün olmasa da, bizi narahat edən əsas problemlərə toxuna bildik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Kanadanın mövqeyi, adətən, o qədər də bariz göstərilmir. ATƏT ölkəsi kimi o, indiyədək yalnız səthi mənəvi-siyasi dəstəklə kifayətlənibdir. Lakin getdikcə Kanadanın bu məsələdə daha da yaxınlaşması mümkündür. Bölgəmizdə Kanada ilə bağlı bizi narahat edən bəzi məsələlər var: məsələn, Türkmənistanda bəzi Kanada şirkətlərinin bir sıra qeyri-qanuni layihələrdə iştirakı, işğal edilmiş Kəlbəcər bölgəsində qızıl mədənlərinin işlənilməsində Kanada şirkətinin iştirakı. Bunları Kanada hökumətinin diqqətinə çatdırdıq. Lakin bizə verilən izahatlar onu göstərdi ki, Kanada hökuməti həmin şirkətlərlə özünü əlaqələndirmir və bu məsələlərdən uzaq durmaq istəyir. Biz, bu izahatı dinlədik, amma bildirdik ki, Azərbaycan öz narahatlığını davamlı olaraq Kanada hökumətinə çatdıracaq və bu məsələlərdə onun köməyini istəməkdə davam edəcəkdir. Əlbəttə ki, sadəcə, kənarda durub müşahidə etmək bir nəticə verməz. Bizim Kanadada səfirliyimiz artıq iki ildir yüksək səviyyədə fəaliyyət göstərir. Kanadadakı Azərbaycan cəmiyyətlərini bir az canlandırmağa müvəffəq olubdur. Bunlar hamısı bizim atdığımız addımlardır. Eyni zamanda, Kanadadan qarşılıqlı addımlar gözləyirik. Ən əvvəl, Bakıda bu ölkənin səfirliyinin açılmasına dair.

- Həmsədri olduğunuz ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu çərçivə mexanizmidir. Burada təşəbbüs edilən layihələr həyata keçirilmə hüququ qazanmaq üçün ölkə rəhbərliyinə çatdırılır. Dialoqun budəfəki mərhələsindən sonra Bakıya hansı konkret layihələrlə qayıdırsınız?

- 1996-cı ildən başlanan təhlükəsizlik dialoqu ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində məsələləri araşdırmaq üçün imkan yaradıbdır. Bu dialoqu daha da gücləndirmək lazımdır. Azərbaycanın beynəlxalq miqyasda nüfuzu və imkanları artdıqca, onun təhlükəsizliyinə qarşı yönələn hədələr və təhdidlər də artacaqdır. Azərbaycan bunlara hazır olmalıdır. Azərbaycanla ABŞ arasında əməkdaşlığın böyük bir hissəsi məhz hərbi-siyasi, təhlükəsizlik sahələrinə, bu sahələrdə praktiki işlərə aiddir. Bu sahələrdə Amerikanın Azərbaycana dəstəyi lazımi səviyyədə olsa da, tələblərimiz daha çoxdur. Amerikanın bu tələblərə münasibəti sübut edir ki, o, daha da yaxından əməkdaşlığa hazırdır. Bütövlükdə, dialoq müsbət keçir. Bu dəfə də gündəlikdə duran məsələlər dəyişməz qalmışdır: Azərbaycanın milli və bölgə səviyyəsində təhlükəsizliyinin təmini, NATO çərçivəsində münasibətlər, gedən proseslərdə ATƏT-in rolunun artırılması, regional münaqişələrin həlli, Xəzəryanı dövlətlər arasında münasibətlər, Xəzər hövzəsində hərbi-siyasi vəziyyət. Xəzər regionunda risk və hədələrin kompleksi mürəkkəbdir. Onun hərbi, terrorizm, ətraf mühit elementləri vardır. Bu baxımdan ABŞ Azərbaycanla yaxından əməkdaşlıq edəcəkdir. Biz, bəzi razılıqlara nail olduq. Bakıya bir neçə mütəxəssis qrupu səfər edəcəkdir. Onlar enerji, dəniz təhlükəsizliyi üzrə, həmçinin “Böyük səkkizliyin” irəli sürdüyü kütləvi qırğın silahlarının yayılmasına qarşı təşəbbüsə Azərbaycanın qoşulması imkanlarını araşdıracaqlar.

- Müzakirələrinizdə İran haqqında söhbət getdimi?

- Bölgədəki durum nəzərdən keçirilərkən, Azərbaycan-İran sərhədində vəziyyət müzakirə edildi. Biz bildirdik ki, bu sərhədin 130 kilometri işğal altındadır. Buradan olan hədələr mütləq nəzərdən keçirilməlidir. Xəzər dənizində İranla həmsərhəd sektordakı vəziyyət də müzakirə edildi. Azərbaycan burada İranın bəzi addımlarından narahatdır. Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin sərhədində əmin-amanlıq hökm sürməlidir, bu sərhədlərə hörmət və riayət olunmalıdır. Onu da qeyd etdik ki, həmsərhəd ölkə kimi İranla müxtəlif əlaqələrimiz var, ticarət münasibətlərimiz mövcuddur. İranda çoxsaylı soydaşlarımız yaşayır. Bu baxımdan Azərbaycan İrandakı vəziyyətin inkişafını maraqla və narahatlıqla izləyir. Burada böhranın baş verməsini istəməzdik. Məsələlərin sülh şəraitində həllinin tərəfdarıyıq.

- Bu günlərdə Vaşinqtonda çıxış edən Vartan Oskanyan demişdir ki, Ermənistan Dağlıq Qarabağ məsələsinə bu bölgənin özünüidarəsinin müəyyənləşdirilməsi prinsipindən yanaşır. Azərbaycan isə dəfələrlə Dağlıq Qarabağda separatçı rejimlə üzləşdiyini bəyan edibdir. Birləşmiş Ştatlar münaqişəyə bu prizmaların hansından baxır?

- ABŞ Ermənistan-Azərbaycan münaqişəsi ilə bilavasitə məşğul olur. Münaqişənin yaxın gələcəkdə həll edilməsinin tərəfdarıdır və bu istiqamətdə səylərini artırmağa hazırdır. Müxtəlif ifadələrdən istifadə edilsə də, vəziyyət eynidir. Söhbət Azərbaycanın ərazi bütövlüyündən, Azərbaycan torpağındakı münaqişədən, onun həllindən gedir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgə rahat yaşamasının və onlara müvafiq zəmanətlər verilməsinin tərəfdarıdır. Mən əminəm ki, Azərbaycan hansısa mərhələdə buna nail olacaqdır, çünki başqa imkan yoxdur. Həm Amerika anlamalı, həm də Ermənistan yadda saxlamalıdır ki, Azərbaycan dövləti torpaqlarının heç bir yolla parçalanmasına nəinki razı olmayacaq, həm də bunun qarşısını alacaqdır. Bu, mövqeyimizin sərtləşməsi kimi qəbul olunmamalıdır. Bu, Azərbaycanın əzəldən, münaqişənin ilk günündən tutduğu prinsipial mövqedir. Biz bu mövqedə qalacağıq. Münaqişənin həllində müvafiq çeviklik göstərməyə hazırıq. Mən bunu öz həmvətənlərimə də müraciətlə deyirəm - Dağlıq Qarabağda yaşayan erməni icması hansısa çərçivədə özünüidarə ilə təmin edilməlidir. Ermənilərin qələmə verdiyinə görə, Azərbaycanın siyasi qüvvələri Dağlıq Qarabağ ermənilərinin oradan qovulmasının tərəfdarıdır. Bu, belə deyildir. Biz heç vaxt Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları kimi orada yaşamasının əleyhinə olmamışıq. Əksinə, hesab edirik ki, bu insanların müvafiq sosial-ictimai-siyasi azadlıqları olmalı və onlar təmin edilməlidir. Bu, Azərbaycan tərəfinin zəifliyi kimi qəbul olunmamalıdır. Azərbaycan güclü, müasir, demokratik dövlət kimi etnik mənşəli hər bir vətəndaşının normal yaşayışını təmin etməyə hazırdır. Doğrudur, hər iki tərəfdə ekstremal nöqtələr var. Onlardan əl çəkilməli, orta məxrəc tapılmalıdır. Ermənistanın ekstremal mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaqdır. Bu mövqedən uzaqlaşmaq şərtdir. Azərbaycan hökuməti isə, Dağlıq Qarabağda yaşayan erməni əhalisinin özünüidarə modeli ilə təmin edilməsinə zəmanət verməlidir. Avropadakı modellərə əsaslanaraq, bu model ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını tanımalıdır. O da unudulmamalıdır ki, Dağlıq Qarabağda ermənilərlə yanaşı, azərbaycanlı əhali də var idi. Vartan Oskanyanın və Ermənistanın digər siyasi xadimlərinin bəyanatlarında bir çox təhriflərə yol verilir. Deyirlər ki, Dağlıq Qarabağda azərbaycanlıların sayı az olubdur. Birincisi, az olmayıb, orada 50-60 min nəfərə yaxın azərbaycanlı yaşayıbdır. İkincisi, sayın az və ya çox olması əhəmiyyətsizdir. Lap min nəfər də olsa, bunun mühümlüyünü danmaq olmaz. Azərbaycanlı icmanın Dağlıq Qarabağa qaytarılması mütləqdir. Biz, hər iki icmanın Azərbaycan qanunvericiliyi çərçivəsində eyni özünüidarə modelindən bəhrələnməsini təmin etməliyik. Bu, Azərbaycan tərəfinin konstruktiv mövqeyidir. Biz ermənilərin hüquqlarının tanınmaması kimi sərt mövqedən onların hüquqlarının təmin edilməsi kimi mülayim mövqeyə keçməyə hazırıq. Beləliklə, Ermənistan və Azərbaycan orta məxrəcə gələ bilər. Buna hər hansı adın verilməsi hələ tezdir və ümumiyyətlə, vacib deyildir. Əsas odur ki, beynəlxalq birliyin yardımı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarına zəmanət verilməlidir. Bu məsələ ABŞ tərəfinin diqqətinə çatdırıldı. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnlə bunu müzakirə etdik. Gələn həftə Vaşinqtona səfər edəcək xarici işlər naziri Elmar Məmmədyarov Stiven Mənnlə müzakirələri davam etdirəcəkdir.

- 2001-ci ilədək təhlükəsizlik dialoqunun müzakirə obyektlərindən biri 907-ci maddə idi. Artıq bir neçə ildir ki, o, qüvvəsini itirib, yalnız yenə də Amerika qanunun ədalətsiz hissəsi olaraq qalmaqdadır. Müzakirələrinizdə bu məsələ qaldırılırmı?

- Bəli, 907-ci maddə hələ də müzakirə edilir. Amma deyim ki, hələ maddə qüvvədə olarkən, məhz təhlükəsizlik dialoqu çərçivəsində aparılan iş nəticəsində ABŞ-ın Azərbaycana çoxsaylı yardımları mümkün olmuşdur. Bu gün 907-ci maddə heç kimin nəzərində güclü deyildir. Onun tamam aradan qaldırılması bu yaxınlarda mümkün olacaqdır. Amma bunun üçün bizim davamlı səylərimiz, siyasi iradə və münasib siyasi şərait olmalıdır. Maddənin ləğvi prinsipial məsələ olsa da, bizi ABŞ-la əməkdaşlıqdan çəkindirməməlidir. Dediyim kimi, onun qüvvəsi yoxdur. Bu da, ermənilərə yaxşı bir mesaj olmalıdır.

- Təhlükəsizlik dialoqunun işi nəticəsində iqtisadi islahatlar üzrə ABŞ-Azərbaycan işçi qrupunun yaradılması mümkün olmuşdur. Gələcəkdə qarşılıqlı əməkdaşlığın digər sahələrinə aid işçi qrupları yaratmaq planları varmı?

- Təkcə iqtisadi islahatlar deyil, təhlükəsizlik dialoqunun səyləri nəticəsində ABŞ-la Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq, müntəzəm təmaslar, görüşlər başlayıbdır. Başqa güc strukturları da yaxından əməkdaşlıq edirlər. Hazırda Xəzər dənizi və hövzəsi üzrə əməkdaşlıq proqramları inkişaf etdirilir. Bunun həyata keçirilməsi üçün gələcəkdə müvafiq işçi qruplarının yaradılması mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb

Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib

İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir

Şərq memarlığının incisi – Şəki Xan Sarayı

Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan qazılığı” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttinin dəyişdirilməsi planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

“Azəristiliktəchizat” ASC-nin sədri : Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – EKSKLÜZİV MÜSAHİBƏ

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium