ELM VƏ TƏHSİL
Argentinanın Azərbaycandakı səfiri ADİU-nun magistrləri ilə görüşüb
Bakı, 19 noyabr, AZƏRTAC
Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) MBA Departamentinin magistrləri üçün “Güc və siyasət” mövzusunda məruzə oxumuşdur.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi MBA Departamentinin ingilis bölməsində tədris edilən “Liderlik və təşkilati davranış” fənninin təcrübi bacarıqlar və akademik biliklərə əsaslanan formada çatdırılmasıdır. Azərbaycan və Argentina arasındakı mövcud ikitərəfli iqtisadi və siyasi əməkdaşlıq çərçivəsində öz təcrübəsini magistrlərlə bölüşən səfir onlara qlobal mühitdə liderlik keyfiyyətləri haqqında məlumat verib, iki ölkə arasında ticari üstünlüklərin realizə edilməsi üçün kənd təsərrüfatı, enerji və qida sənayesinin idxal və ixrac potensialını vurğulayıb.
Karlos Dante Rivan elmi əməkdaşlıq sahəsində perspektivləri vurğulayaraq, iki ölkənin ali məktəbləri arasında magistr və professor-müəllim mübadiləsinin ADİU ilə əməkdaşlığa töhfə verəcəyini qeyd edib.