Aşağı yaş qrupu üzrə şagirdlərin riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərslərinin tarixləri açıqlanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Hər il olduğu kimi cari tədris ilində də riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri 3 yarımqrup üzrə davam etdirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələyə respublika fənn müsabiqələrinin qalibləri, aşağı yaş qrupu üzrə 2 mərhələli seçmə imtahanın qalibləri və yuxarı yaş qrupu üzrə respublika fənn olimpiadalarının qalibləri arasında keçirilən seçmə imtahanında yüksək nəticə göstərmiş şagirdlər dəvət olunurlar.
Aşağı yaş qrupu üzrə dərslərin keçirilməsində əsas məqsəd cari tədris ilində Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında komandamızın yüksək nəticə göstərməsini təmin etməkdən, növbəti illərdə daha yüksək yaş qrupuna hazırlıq üçün möhkəm təməllərin qoyulmasından ibarətdir.
Riyaziyyat fənni üzrə aşağı yaş qrupu üzrə (8-ci və 9-cu sinif şagirdləri ilə) dərslər həftənin çərşənbə (saat 15:00-18:20) və şənbə (saat 10:00-13:20) günlərində Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:53]
15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]