“ASAN xidmət”in qadın əməkdaşları arasında voleybol yarışı təşkil olunub
Bakı, 12 iyul, AZƏRTAC
“ASAN xidmət”in qadın əməkdaşları arasında voleybol yarışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Su İdman Sarayının dəstəyi ilə gerçəkləşib.
On komandanın iştirak etdiyi turnirdə Sumqayıt “ASAN xidmət”in komandası birinci olub. Bərdə “ASAN xidmət” yarışı ikinci, Dövlət Agentliyinin komandası isə üçüncü yeri tutub.