Aşıq Şəmşirin ədəbi dünyasının işığında
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Zaqatala rayon mərkəzi kitabxanasında Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Aşıq Şəmşirin ədəbi dünyası” adlı təntənəli ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Zaqatala rayon mərkəzi kitabxana Sisteminin direktoru G.Məmmədova ustad aşığın keçdiyi ömür yolu və Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açıb.
Tədbirdə aşığın həyat yolu və yaradıcılığı barədə məruzələr dinlənilib.
Tədbirdə saz ustaları Dədə Şəmşirin yaradıcılığından nümunələr ifa ediblər.