Aşqarlar Kimyası İnstitutunda maarifləndirmə seminarı
Bakı, 16 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Alkilfenollar və onların əsasında alınan yuyucu - dispersedici aşqarlar” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi katib Mehparə Səfərova elmi işçi, doktorant, magistrant və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək baxımından seminarın əhəmiyyətini vurğulayıb.
Sonra kimya elmlər doktoru, professor Elmira Nağıyeva mövzu üzrə geniş təqdimatla çıxış edib. Qeyd edib ki, hazırda institutun əməkdaşları sənayedə buraxılan əmtəə aşqarlarını əvəz edə bilən yeni çoxfunksiyalı aşqarların sintezi üzrə tədqiqatlar aparırlar.