Aşqarlar Kimyası İnstitutunda magistrantların elmi-pedaqoji təcrübəsi davam edir
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) magistrantların martın 29-dan etibarən başlanan elmi-pedaqoji təcrübələri davam edir.
İnstitutun Təhsil şöbəsindən AZƏRTAC-a bildirilib ki, ikinci kurs magistrantlar onlayn rejimdə müvafiq ixtisaslardan tədris olunan fənlər üzrə mühazirə və seminarlarda iştirak etməklə yanaşı, özləri də sərbəst şəkildə mühazirə və seminarlar keçirlər.
Zərif üzvi sintez fənni üzrə mühazirədə magistrantlar Nərgiz Məcdi və Lalə Əliyevanın “Zərif üzvi sintezdə müxtəlif kondensləşmə reaksiyaları” mövzusunda məruzəsi dinlənilib və slaydlar təqdim edilib.
Dərslər magistrantların elmi-pedaqoji təcrübə rəhbəri və fənn müəllimləri tərəfindən müzakirə edilib və qiymətləndirilib.