DÜNYA
ASTANA-ALMATI YOLU AÇILMIŞDIR
934 kilometrlik həmin yol 5 ilə tikilmişdir. Hazlıda Atıray və Uralskdan keçməklə Astanaya gedən yolun tikintisi davam edir. Almatı-Bişkək yolunun da tikintisinə başlanılmışdır.
Gələcəkdə Kustanay-Astana–Çelyabinsk yolu yenidən qurulacaqdır. N.Nazarbayev qeyd etmişdir ki, gələcəkdə Qazaxıstandan keçən tranzit yüklər Rusiya vasitəsilə cənub-şərqi Asiya ölkələrinə daşınacaq və bu da ölkəyə böyük gəlir gətirəcəkdir.
Bu yol Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Əbu-Dəbi İnkişaf Fondunun vəsaiti ilə tikilmişdir. Tikintidə 7 mindən çox adam iştirak etmişdir.