Astanada XII Avrasiya Media Forumu başa çatmışdır
Astana, 25 aprel (AZƏRTAC, Kifayət Əliyeva, İlahə Əhmədova). Astana şəhərində keçirilən XII Avrasiya Media Forumu (AAMF) aprelin 25-də başa çatmışdır.
Forumun bağlanış mərasimində AAMF-nin təşkilat komitəsinin sədri Dariqa Nazarbayeva çıxış edərək bildirmişdir ki, iki gün ərzində tədbirdə çox mühüm məsələlər müzakirə olunmuşdur. İştirakçılar beynəlxalq münasibətlərin dramatik dönüş ərəfəsində olduğunu dəfələrlə vurğulamışlar. Konkret məsələlər üzrə fikir ayrılığı diqqəti bəşəriyyət üçün vacib, ümumi məsələlər üzərində cəmləşdirməyə mane olur. Qarşımızda bir sıra böyük problemlər vardır. Növbəti on ildə bu problemlərin necə olacağı bilinmir. Dünyanın bir hissəsində insanlar daşqınlardan, digər hissəsində isə quraqlıqdan əziyyət çəkirlər. Problemlərin aradan qaldırılması və qarşısının alınması üçün bütün səylərin birləşdirilməsi vacibdir.
D.Nazarbayeva Forumun təşkilində göstərdikləri köməyə görə yerli və beynəlxalq qurumlara təşəkkürünü bildirmişdir. O, növbəti - XIII Avrasiya Media Forumunun 2015-ci il aprelin 23-24-də Astanada keçiriləcəyini diqqətə çatdırmış, bütün ölkələrin nümayəndələrini yenidən həmin tədbirdə görməyi arzulamışdır.
Bununla da Qazaxıstanın paytaxtında keçirilən XII Avrasiya Media Forumu öz işini yekunlaşdırmışdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]