Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Astana, 11 may (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Lev Qumilyov adına Avrasiya Milli Universitetindəki (AMU) Heydər Əliyev Muzeyində ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda “dəyirmi masa” təşkil etmişdir.
Tədbirdə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndələri, Astanada fəaliyyət göstərən diplomatik missiyaların əməkdaşları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının (QADMA) üzvləri, ölkənin İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin rəhbərliyi, ictimai-siyasi xadimlər, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, ümummilli liderin müasir Azərbaycan dövlətçiliyinin yaradılması və qorunub saxlanmasındakı müstəsna xidmətləri haqqında söhbət açmışdır.
AMU-nun rektoru, professor Baxıtcan Abdraimov, QADMA-nın sədri Asxad Şakirov və Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov çıxışlarında Heydər Əliyevin qısa müddətdə gördüyü işlərdən, Azərbaycanı bütün dünyada tanıtmasından, Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin indiki səviyyəyə çatmasında xidmətlərindən danışmışlar.
Sonra tanınmış kinorejissor Andrey Konçalovskinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çəkdiyi “Bremya vlasti” sənədli filmi nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]