İQTİSADİYYAT
ATƏT-in layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski Azərbaycanın Energetika Nazirliyində olmuşdur
Bakı, 2 may (AZƏRTAC). Azərbaycan Respublikasının Energetika Nazirliyində ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə bu mötəbər beynəlxalq təşkilat arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilmiş, münasibətlərin dinamik inkişafının zəruriliyi vurğulamışdır.
Energetika nazirinin müavini Natiq Abbasov qeyd etmişdir ki, enerji səmərəliliyi məsələsi Azərbaycanın dövlət enerji siyasətinin istiqamətlərindən biridir. Enerji resurslarından səmərəli istifadə etmək ölkənin davamlı inkişafı üçün yeni imkanlar yaradır.
Aleksis Şahtaxtinski Azərbaycan ilə enerji səmərəliliyi və enerjidən qənaətlə istifadə sahəsində əlaqələrin zəruriliyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.