ATƏT qoşunların təmas xəttində növbəti monitorinq keçirəcəkdir
Bakı, 11 may (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 12-də Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin qərbindəki təmas xəttində monitorinq keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqə Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç nəzarət edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]