Auditin aktual problemlərinə dair müzakirələr aparılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Şura üzvlərinin və Palatanın struktur bölmələrinin rəhbərlərinin auditin aktual problemlərinə dair iştirak etdikləri iclasda Auditorlar Palatasının 2022-ci il üzrə iş planının layihəsi, Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar keçirilmiş yubiley tədbirlərinin və beynəlxalq elmi-praktik konfransın nəticələri, “Auditorun şəxsi kabineti” sisteminin fəaliyyətinin təşkili və təkmilləşdirilməsi, keyfiyyətin idarə edilməsi layihələrindən irəli gələn Beynəlxalq Audit Standartlarına (BAS) və əlaqəli materiallara edilən müvafiq düzəlişlər, Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə, “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair hazırlanmış tövsiyələr barədə məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.