Azərbaycan Dövlət İnformasiya Agentliyi

Auditorlar Palatasında “18 İyun – İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirilib

Auditorlar Palatasında “18 İyun – İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Auditorlar Palatası “18 İyun-İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə Auditorlar Palatasının İcraçı direktoru Səbuhi Gülməmmədov açaraq bildirib ki, 1998-ci il 22 fevral tarixində Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətlərinin müəyyənləşdirildiyini, insan hüquqlarının ümumdövlət səviyyəsinə qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən 27 il ötür. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan olunması bu sahədə yeni imkanlar açıb. Azərbaycan öz Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

S.Gülməmmədov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezidentin siyasi iradəsi və təşəbbüsləri ilə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, inzibati islahatların aparılması, şəffaflıq və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi sahəsində mühüm addımlar atılıb. Azərbaycanda Ombudsman institutunun fəaliyyətinin genişləndirilməsi, insan hüquqları üzrə Milli Fəaliyyət Planlarının həyata keçirilməsi, qeyri-hökumət təşkilatlarının hüquqi statusunun gücləndirilməsi və vətəndaş cəmiyyətinin iştirakçılıq imkanlarının artırılması bu istiqamətdəki mühüm nailiyyətlərdəndir. O, çıxışında xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər – Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yadda qalmadı, həm də işğal altında qalmış torpaqlarda yaşayan insanların fundamental hüquqlarının – yaşamaq, mülkiyyət, azad hərəkət, təhlükəsiz həyat və mədəni irsə sahib olmaq hüquqlarının bərpa olunmasına imkan yaradıb. Azad edilmiş ərazilərdə dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən tədbirlər məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə, hüquqları tam təmin olunaraq qayıtmaları üçün mühüm hüquqi və sosial əsaslar yaradıb. Bu, əslində Azərbaycanın insan hüquqlarına sadiqliyinin bariz nümunəsidir.

Qeyd edilib ki, Auditorlar Palatası da beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu çərçivədə qabaqcıl təcrübələrin öyrənilərək tətbiqinə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihə və tədbirlər çərçivəsində insan hüquqlarının müdafiəsi, peşə etikası və ictimai məsuliyyət məsələləri mütəmadi olaraq gündəmdə saxlanılır. Bu əməkdaşlıqlar nəticəsində Azərbaycanın audit sektorunda insan hüquqları kontekstində beynəlxalq standartlara uyğun yanaşmaların tətbiqi və etik idarəetmə prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

S.Gülməmmədov eyni zamanda qeyd edib ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə peşəkarlarının və mühasiblərin rolu, onların üzərinə düşən etik və hüquqi məsuliyyətlər mütəmadi olaraq maarifləndirmə və təlim mövzusu kimi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə son illərdə həyata keçirilmiş tədbirlər arasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda təşkil olunmuş silsilə təlimlər və xüsusilə də ötən həftə keçirilmiş beynəlxalq elmi-praktik konfrans xüsusi qeyd olunmalıdır. Həmin konfransda yerli və xarici qurumların nümayəndələri tərəfindən bu sahədə mövcud risklər, qabaqlayıcı tədbirlər və nəzarət mexanizmləri geniş müzakirə olunmuş, insan hüquqları və hüquqi təhlükəsizlik müstəvisində peşəkar məsuliyyətin önəmi bir daha vurğulanıb.

Daha sonra vurğulanıb ki, insan hüquqlarının müdafiəsi yalnız qanunvericilikdən irəli gələn bir öhdəlik deyil, eyni zamanda hər birimizin daşıdığı mənəvi və vətəndaşlıq məsuliyyətidir. Ona görə də yalnız auditor peşəsi ilə məşğul olanların deyil, bütün sahələrdə fəaliyyət göstərən əməksevər vətəndaşlarımızın hüquqlarının hərtərəfli şəkildə təmin olunması vacibdir və əminik ki, ölkə rəhbərliyinin qətiyyətli iradəsi nəticəsində Qarabağ torpaqlarında uzun illərdən sonra tarixi ədalət bərpa olunduğu və soydaşlarımızın doğma yurdlarına qayıtmaq hüquqları reallığa çevrildiyi kimi, eləcə də Qərbi Azərbaycan torpaqlarında doğulmuş, illərlə bu torpaqların həsrəti ilə yaşayan həmvətənlərimizin hüquqları da beynəlxalq hüququn prinsipləri və tarixi ədalət müstəvisində gec-tez bərpa olunacaq. Bu, dövlətimizin apardığı prinsipial, humanist və uzaqgörən siyasətin, xalqımızın milli birliyinin və iradəsinin məntiqi nəticəsi olacaq.

Tədbirdə Auditorlar Palatası Şurası yanında Auditin hüquqi təminatı üzrə komitənin sədr müavini, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, Etika, mübahisələr, ictimai nəzarətlə əməkdaşlıq və intizam komissiyasının sədr müavini, Auditin hüquqi tənzimlənməsi şöbəsinin müdiri Bəhruzə Qasımova, Auditorlar Palatasının üzvləri olan “Audit Reporting” MMC-nin direktor-auditoru Yeganə Məmmədova, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin sədri, “VXA - Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, Auditin hüquqi təminatı üzrə komitənin üzvü, “A Plus Audit” MMC-nin direktor-auditoru Azər Əliyev, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin üzvü, Sərbəst auditor Şamxal Kərimov, Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin üzvü, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev və Sərbəst auditor Miramal Ağayev öz çıxışlarında müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklərin Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi qenişmiqyaslı islahatların nəticəsində mümkün olduğunu və bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsindən, eyni zamanda Auditorlar Palatası tərəfindən auditor xidmətinin dövlət tənzimlənməsindən və inkişafından, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsindən, habelə auditorların öz fəaliyyətində qanunvericilik aktlarından irəli gələn tələblərə riayət olunmasından bəhs ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb