AUDİTORLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu görüş tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında təşkil olunmuşdu.
Tədbirin keçirilməsindən məqsəd respublikamızın auditor xidmətinin bugünkü vəziyyəti, gələcək fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaq idi.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti iqtisad-uçot fakültəsinin dekanı Telman Babayev, muhasibat uçotu və audit kafedrasının müdiri Sifariz Səbzəliyev, iqtisadi təhlil və audit kafedrasının müdiri professor Nurəddin Quliyev , statistika kafedrasının müdiri Sakit Yaqubov, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, qurumun elmi-tədqiqat tədris mərkəzinin direktoru Yaşar Məmmədov çıxış etmişlər.
Auditorlar palatasının nümayəndələri dinləyiciləri maraqlandıran suallara cavab vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]