AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK AZƏRBAYCAN TENNİSÇİLƏRİNİN RƏQİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Sankt-Peterburqda start götürəcək stolüstü tennis üzrə qitə birinciliyinin püşkü atılmışdır.
Avropa çempionatında mübarizə aparacaq Azərbaycanın kişilərdən ibarət yığma komandası “J” qrupunda Uels, Moldova və Çernoqoriya tennisçiləri ilə yarışacaqdır.
Qadınlardan ibarət Azərbaycan yığması da eyni adlı qrupda Latviya, Cernoqoriya və Finlandiya təmsilçilərinə qarşı mübarizə aparacaqdır. Reqlamentə əsasən, “Celenc” divizionuna düşmək üçün yığmamız qrupunda 1-3-cü yerləri tutmalıdır.
Avropa cempionatında 40 kişi və 39 qadın komandası birincilik uğrunda üç divizionda mübarizə aparacaqdır.
Qitə birinciliyində iştirak edəcək yığma komandamızın heyəti yaxın günlərdə məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]