Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınması haqqında qərar qəbul edib
İstanbul, 13 mart, AZƏRTAC
Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınması haqqında “Türkiyə qərarı”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara qarşı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik cavab verib. O bildirib ki, Türkiyə tərəfi qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir. Ömər Çelik həmin qərarla Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul