Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Siyasi Birliyinin növbəti sammiti hələ başlamadan əvvəl qalmaqallı oldu

Avropa Siyasi Birliyinin növbəti sammiti hələ başlamadan əvvəl qalmaqallı oldu

Qranada, 5 oktyabr, AZƏRTAC

Bu gün İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu tədbir onun təşəbbüskarlarının nəzərdə tutduğu formatda keçirilən üçüncü forumdur.

Avropa Siyasi Birliyi 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. Layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətlərinin əlaqələndirilməsi platformasını yaratmaq və qitədə təhlükəsizlik, sabitlik və Avropanın inkişafı, xüsusən ötən ilin ortalarında Ukraynada müharibə ilə əlaqədar başlayan dərin enerji böhranından sonra vəziyyətin müzakirəsi üzrə ümumi maraq doğuran məsələlərdə siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.

Birliyin ilk sammiti 2022-ci ilin oktyabrında Praqada, ikincisi isə cari ilin iyununda Moldovada keçirilib. Bununla bağlı xatırlatmaq lazımdır ki, əvvəl keçirilən hər iki sammitdə Avropa İttifaqına üzv dövlətlərin liderləri ilə yanaşı, həmçinin Türkiyə, Azərbaycan və Ermənistanın rəhbərləri də iştirak ediblər. Bu, Praqada keçirilən sammit zamanı Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və son dəqiqədə danışıqlar masasına “özünü yetirən” Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüşün baş tutmasına şərait yaratdı. Moldovada isə, görüş daha geniş tərkibdə keçirildi və Praqadakı görüş iştirakçıları ilə yanaşı, həmin tədbirdə Almaniyanın Federal Kansleri Olaf Şolts da iştirak etdi.

Yuxarıda bu görüşləri nədən “qeyri-rəsmi” adlandırdıq? Məsələ ondadır ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesinin ənənəvi formatı (yəni, dövlət rəhbərləri səviyyəsində) Şarl Mişelin moderatorluq etdiyi Brüssel formatıdır. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskva və Soçidə keçirilən görüş formatı da mövcuddur. Yüksək səviyyəli görüşlərlə yanaşı, həmçinin iki ölkənin XİN rəhbərlərinin səviyyəsində və “Hacıyev-Qriqoryan” formatında da görüşlər keçirilib. Onlar, xatırladığımız kimi, Cenevrədə və Vaşinqton/Arlinqtonda baş tutub. Bütün bunlar məhz danışıqlar prosesinin formatlarıdır.

Azərbaycan və Ermənistan rəhbərlərinin Avropa Siyasi Birliyi çərçivəsində danışıqlar prosesi formatı Brüssel və Rusiya görüşlərini əvəzləmir və ya onlara heç nə əlavə etmir.

Bu görüşləri rəsmi olmayan politologiya dili ilə “saat əqrəblərinin dəqiqləşdirilməsi” adlandırmaq olar. Rusiya XİN-in başçısı Sergey Lavrov bu yaxınlarda həmin təmasların xarakterizə edilməsi üçün daha bir maraqlı frazadan istifadə etdi - “ayaqüstü görüşlər”. Bu fraza jurnalistlərin və diplomatların xoşuna gəldi, dərhal dövriyyəyə götürüldü və peşəkar politologiya leksikonuna əlavə edildi.

Bu kontekstdə Avropa Siyasi Birliyi çərçivəsində Praqa və Moldovada keçirilən görüşlər məhz bu təmaslar, yəni “ayaqüstü görüşlər” səviyyəsinə aiddir. Praqadakı birinci görüşdən sonra qeyd etdiyimiz kimi, Fransa prezidenti son dəqiqədə özünü yetirə bildi və sanki bu “uğurunu” davam etdirərək artıq formalaşmış Brüssel formatına da əl atmağa çalışdı. Xatırladığımız kimi, ötən ilin noyabrında, yəni dekabrın 7-də Belçika paytaxtında nəzərdə tutulmuş üçtərəfli görüşdən əvvəl xarici qonaqların sualını cavablandıran Prezident İlham Əliyev bildirdi ki, onun köməkçisi Nikol Paşinyan tərəfindən Şarl Mişellə yanaşı, Makronun da görüşdə nəzərdə tutulmamış iştirakı ilə bağlı şərt irəli sürüb. Həmin vaxt bütün bunlar fransız liderinin milli televiziyanın efirində çox kəskin bəyanatları və çıxışları silsiləsindən sonra baş vermişdi və bu, rəsmi Bakı və Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanmışdı. Bu səbəbdən Paşinyanın gözlənilmədən Brüssel formatının davamı, daha doğrusu Fransa liderinin iştirakı ilə bağlı öz şərtlərini irəli sürməsi, faktiki olaraq, dekabr görüşünün baş tutmaması demək idi. Azərbaycan dövlətinin başçısı da bunu bəyan etdi.

Bakının sərt mövqeyi xarici tərəfdaşları Brüssel formatının dəyişdirilməsindən imtinaya məcbur etdi. Amma məhz həmin vaxt məlum oldu ki, Avropa Siyasi Birliyi çərçivəsində görüşlər bir daha olmayacaq, onlar danışıqlar prosesi formatı səviyyəsinə “çatmayacaq”. Ən yaxşı halda onlar kəmiyyət dəyişikliyi, yəni Olaf Şoltsun iştirakının əlavə edilməsi ilə kifayətlənə bilərlər. Beləliklə, “ayaqüstü saatların dəqiqləşdirilməsi” də əvvəlki səviyyədə qaldı.

Moldovadan sonra - artıq cari ilin iyununda Brüsseldə danışıqlar prosesinin “xilas edilmiş” üçtərəfli formatında daha bir görüş oldu. Ondan sonra növbəti “saatların dəqiqləşdirilməsi” müəyyən olundu, bu Avropa Siyasi Birliyi sammiti çərçivəsində bu gün Qranada da baş tutmalı idi.

Məhz burada ən maraqlı hadisə baş verdi. Bir sıra özəl mətbuat orqanlarında rəsmi Bakının bir və ya bir neçə dövlətin Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bağlı mövqeyi səbəbindən sammitin işində iştirak etməkdən imtina etməsi barədə xəbərlər yayıldı. Bu xəbərin rəsmi təsdiqi yoxdur, lakin təsdiq edilərsə, maraqlı vəziyyət alına bilər. Məsələ burasındadır ki, Bakı Praqa və Moldovadan əvvəl vasitəçilərin tərkibinə Makronun, sonra isə Şoltsun əlavə edilməsi ilə bağlı heç bir xüsusi etiraz etməmişdi, bu səbəbdən ədalətli olaraq ehtimal etmək olar ki, indi dövlətimizin ən azı iştirakçıların tərkibinin genişləndirilməsi üçün öz namizədini irəli sürməyə mənəvi haqqı vardır. Bu namizəd bizim əbədi dostumuz, Prezident İlham Əliyevin qardaş deyərək müraciət etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Lakin danışıqlar masası arxasında özlərinə yer etmiş başqalarının birdən-birə buna etiraz etməsi Bakı üçün ayrı seçim yolu qoymayıb və bugünkü görüşdən imtina etmək zərurəti yaranıb.

Əgər bu informasiya həqiqətə uyğundursa və öz təsdiqini taparsa, onda Bakının qərarı təkcə etik baxımından deyil, həm də alqışlara layiq mətanət baxımından da düzgündür. Azərbaycan xalqı dostluğun qədrini bilir və qardaşlığın nə olduğunu başa düşür. Türkiyə və Azərbaycan bir millət və iki dövlət olaraq, öz siyasətini də birlikdə həyata keçirir. Bu, həmişə belə olacaq.

İlk dəfədir ki, iki qardaş dövlətin liderləri Avropa Siyasi Birliyinin sammitində iştirak etmirlər. Görünən odur ki, bu sammit hələ başlamadan əvvəl qalmaqala səbəb olub.

Azərbaycan qalib dövlətdir və məğlub ölkə, habelə onun havadarları bizim qarşımızda şərt qoya bilməz. Çoxdan yetişən və imzalanması mümkün olan sülh sazişini isə Avropa Siyasi Birliyinin köməyi olmadan da imzalamaq olar.

P.S. Bu məqalə dərc olunan vaxt Bakının sammitin işində iştirakı ilə bağlı mümkün səbəblər haqqında rəsmi təsdiq daxil oldu. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” mikrobloqunda rəsmi Bakının Mişel-Əliyev-Paşinyanın iştirakı ilə danışıqlar prosesinin üçtərəfli “Brüssel” formatını dəstəklədiyini və Türkiyənin Qranadada nəzərdə tutulan görüşdə iştirakına qarşı çıxan Fransanın mövqeyini pislədiyini yazıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Qranada

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO