Avropada gənclər orta hesabla 26 yaşlarında ailə üzvlərindən ayrı yaşamağa başlayırlar
Roma, 14 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrində gənclər orta hesabla 26,4 yaşlarında ailə üzvlərindən ayrı yaşamağa başlayırlar.
AZƏRTAC Aİ-nin Statistika Agentliyinə (“Eurostat”) istinadla xəbər verir ki, 2020-ci il üzrə Avropa ölkələrində gənclərin ailə üzvlərindən ayrı yaşadıqları və öz həyatlarını qurduqları orta yaşa dair məlumatlar açıqlanıb. Məlumata görə, avropalı gənclər orta hesabla 26,4 yaşlarında ailə üzvlərindən ayrılırlar. Qadınlar kişilərdən daha tez ayrı evə köçürlər. Belə ki, qitədə kişilər 27,4, qadınlar isə 25,4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar.
İsveç Aİ ölkələri arasında gənclərin ən erkən yaşda evlərini tərk etdikləri ölkədir. Bu ölkədə gənclər orta hesabla 17.5 yaşlarında ayrı evə köçürlər.
Siyahıda sonrakı yerlərdə Lüksemburq (19.8 yaş), Danimarka (21.5 yaş), Finlandiya (22 yaş), Almaniya (23.8 yaş), Fransa (24 yaş) və Niderland (24.3 yaş) qərarlaşıb.
Xorvatiyada isə gənclər ən gec, orta hesabla 32.4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar. Slovakiyada bu göstərici 30.9, İtaliya və Maltada 30.2 yaşdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]