Avropalı alim Azərbaycan Texnologiya Universitetində
Gəncə, 22 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (UTECA) “Erasmus+” proqramı çərçivəsində elm-təhsil əlaqələrini gücləndirməkdədir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu çərçivədə UTECA-da daha bir avropalı alimin təlimlərinə start verilib.
Polşanın Varşava Ekologiya və Menecment Universitetinin professoru, Keyfiyyətin təminatı və artırılması üzrə dekan müavini Boqdan Qorçitsa UTECA-da akademik mobillik proqramına dair təcrübələrini bölüşür.
Beşgünlük təlimlər data toplama üsulları, müsahibəyə hazırlıq və müsahibənin keçirilməsi, tədqiqat işinin yazılması, tədqiqat metodlarını əhatə edir. Seminarlar praktik və nəzəri olmaqla iki mərhələli şəkildə həyata keçirilir.