Avstraliya toyuqlarının tərkibində bağırsaq çöpləri aşkar edilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Avstraliya Milli Universitetinin alimləri ölkənin supermarketlərində satılan toyuqların tərkibində bağırsaq çöpləri nümunələri aşkar etmişlər. Bakterioloji təhlil nəticəsində bu ştammların antibiotiklərə, o cümlədən ftorxilonlara qarşı davamlı olması müəyyən edilmişdir.
AZƏRTAC “ABC News” agentliyinə istinadla xəbər verir ki, bu antibiotiklərdən qida sənayesində istifadə edilməsi qadağan olunmuşdur. Toyuq əti istehsalçıları isə bildirirlər ki, toyuqlara antibiotiklər verilmir və bağırsaq çöpünün mənbəyi barədə danışmaq hələ çətindir. Bunun üçün geniş əhatəli təhqiqat aparılmalıdır.
Mütəxəssislər çiy toyuq ətini bilavasitə termik emal anına qədər yumamağı məsləhət görürlər. Bu, bakteriyaların rezistent formalarının yaranmasının qarşısını almaq üçün yaxşı profilaktika tədbiri olacaqdır.
Qeyd etmək lazımdır ki, bağırsaq çöpündən başqa “Campylobacter” bakteriyası da öz görkəmini sürətlə dəyişir. Bu qıcıqlandırıcı qarın ağrısı, qusma və diareyaya səbəb olur. Ölümlə nəticələnən yoluxma halları da olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]