İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlara müraciət edib
Bakı, 13 iyul, AZƏRTAC
Respublikanın küçə və yollarında qarşılaşdığınız hər hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “e-mail” ünvanına (“[email protected]”) və ya sosial şəbəkə hesabları vasitəsilə (inbox) müraciət etməyiniz xahiş olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə qurumun vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, göndərilən müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video materialları əlavə edilməlidir.
Küçə və yollarda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll edilməsi üçün vətəndaşların şikayət və təkliflərini bildirməsi olduqca vacibdir.