Avtomobildən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 5 may, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-da Binəqədi rayonunda “Daewoo” markalı avtomobildən maqnitofon, səsgücləndirici, akkumulyator və ehtiyat hissəsi oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini R.Qurbanov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Oğurluq etdiyinə görə tutulmuşlar S.Bəyalıyevin və S.Cəfərovun ətraflarında İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların rayondakı evlərin birindən beş min manat dəyərində qızıl-zinət əşyaları, həmin evin həyətindəki “Chevrolet” markalı avtomobildən isə 185 manat oğurlamaları da müəyyənləşdirilib.