AZADLIQDAN MƏHRUM OLUNMUŞ UŞAQLARIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova azadlıqdan məhrum edilmiş uşaqların vəziyyəti barədə danışmış, onların həbsdən dövlətə, cəmiyyətə yararlı şəxslər kimi qayıtmaları üçün müstəqil yuvenal ədliyyə sisteminin qurulmasının vacibliyini vurğulamışdır.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov “Azərbaycanda yuvenal ədliyyənin inkişafı” proqramı çərçivəsində aparılan araşdırmalar barədə məlumat vermişdir.
Milli Məclisin deputatı Elmira Axundova, Ədliyyə Nazirliyinin şöbə rəisi Faiq Qurbanov və digər çıxış edənlər respublikada yuvenal ədliyyə sisteminin vəziyyətindən danışmış, BMT-nin uşaq hüquqları haqqında Konvensiyanın tələblərinə uyğun olaraq, gənc nəslin hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının yaradıldığını, bu istiqamətdə bir sıra qanunların və dövlət proqramlarının qəbul olunduğunu bildirmişlər.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.