İQTİSADİYYAT
AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə çatdırıb
Bakı, 16 iyul, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar. ⠀
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:48]
® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı
- 03.05.2024 [14:51]