Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Astana, 8 iyun, AZƏRTAC

Aygerim Abikenova Astana Tibb Universitetinin tələbəsi və “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəal üzvlərindən biridir. O, Azərbaycan dilini müstəqil şəkildə öyrənib və ölkəmizin mədəni irsi ilə böyük maraqla tanış olur.

AZƏRTAC-a müsahibəsində o, Azərbaycanla tanışlığının necə başladığından, xalqımızın mədəniyyətində onu nələrin cəlb etdiyindən və Azərbaycan icmasının fəaliyyətində iştirakın onun üçün niyə vacib olmasından danışıb.

– Azərbaycan mədəniyyətinə marağınız haradan yarandı və buna ilk təkan nə oldu?

– Azərbaycan mədəniyyətinə marağım türk dilini bilməyim sayəsində yaranıb. Bu dili öyrənərkən türk və Azərbaycan dillərinin səslənmə, leksika və qrammatika baxımından bir-birinə çox yaxın olduğunu gördüm. Bu isə məndə Azərbaycana və onun xalqına böyük maraq oyatdı.

Zaman keçdikcə Azərbaycan xalqının həyatı, dəyərləri, bayramları və mədəni xüsusiyyətləri haqqında daha çox məlumat əldə etdim. Ölkənin qonaqpərvərliyi və zəngin tarixi məni heyran etdi. Azərbaycanı məhz belə kəşf etdim.

– Nə üçün məhz Azərbaycan dilini öyrənmək qərarına gəldiniz?

– Niyə məhz Azərbaycan dilinin diqqətimi cəlb etdiyi barədə xüsusi düşünməmişəm. Hər şey çox təbii şəkildə baş verdi. Sosial şəbəkələrdə Azərbaycan musiqisinə və mahnılarına qulaq asmağa başladım və mahnıların sözlərini, mənasını anlamaq mənə maraqlı gəldi.

Tədricən musiqiyə olan maraq dilin özünə, daha sonra isə Azərbaycan mədəniyyətinə marağa çevrildi. Həqiqətən sevdiyim işlə məşğul olmaq qərarına gəldim. Buna görə də dili müstəqil şəkildə öyrənməyə, Azərbaycan xalqının tarixi, ənənələri və adətləri haqqında daha çox məlumat əldə etməyə başladım.

Bu prosesdə musiqi böyük rol oynayıb. Güclü səs imkanlarım olmasa da, bu mənə zövq verdiyi üçün sevdiyim ifaçıların mahnılarını özüm üçün oxuyurdum. Musiqi sayəsində yeni sözləri yadda saxlayır, dilin xüsusiyyətləri ilə tanış olur və getdikcə Azərbaycan mədəniyyətini daha dərindən öyrənirdim.

Zaman keçdikcə dili öyrənmək sadəcə bir maraq olmaqdan çıxaraq həyatımın mühüm hissəsinə çevrildi. Bu, mənə yeni insanlarla tanış olmağa və dünyaya fərqli baxmağa kömək etdi.

– Azərbaycan dilini öyrənərkən sizin üçün ən maraqlı və ən çətin nə olub?

– Mənim üçün ən maraqlısı odur ki, Azərbaycan dilini öyrəndikcə mahnıları daha yaxşı anlayır, şeirləri və bədii əsərləri orijinalda oxuya bilirəm. Dili bilməyim sayəsində ölkənin həyatı, milli dəyərləri və insanların düşüncə tərzi ilə daha yaxından tanış olmaq imkanı əldə etmişəm.

Ən çətin məqam isə bəzən dil daşıyıcıları ilə ünsiyyət imkanlarının məhdud olmasıdır. Azərbaycan dilində müntəzəm ünsiyyət qurmaq imkanı həmişə olmur. Buna görə də müstəqil şəkildə öyrənməyə daha çox vaxt ayırmalı oluram. Dil biliklərimi qoruyub saxlamaq və təkmilləşdirmək üçün kitablar və məqalələr oxuyur, musiqi dinləyir, videolara baxır və müxtəlif materiallar axtarıram.

– Siz Astanada fəaliyyət göstərən “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin işində fəal iştirak edirsiniz. Bu iştirak sizin üçün nə deməkdir?

– Mənim üçün “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəaliyyətində iştirak böyük əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, xalqlar arasında dostluğun və mədəni mübadilənin təşviqi üçün bir imkandır. Hesab edirəm ki, qarşılıqlı hörmət və əməkdaşlıq insanların bir-birini daha yaxşı başa düşməsinə kömək edir.

Təşkilatın tədbirlərində iştirak etməyim sayəsində yeni insanlarla tanış olur, dünyagörüşümü genişləndirir və Azərbaycan mədəniyyətini daha yaxından tanıyıram. Bundan əlavə, ictimai fəaliyyət mənə inkişaf etməyə, yeni təcrübə qazanmağa, ünsiyyət və təşkilatçılıq bacarıqlarımı təkmilləşdirməyə kömək edir.

Bu, mənim üçün yalnız cəmiyyətə fayda vermək imkanı deyil, həm də Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə vermək vasitəsidir.

– Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin və ünsiyyət tərzinin hansı xüsusiyyətləri sizə daha yaxındır?

– Qonaqpərvərlik, böyüklərə hörmət və ailə ənənələrinə qayğı ilə yanaşmaq. Bu dəyərlər qazax xalqına da yaxındır. Buna görə də onların Azərbaycan mədəniyyətində necə təzahür etdiyini görmək mənim üçün xüsusilə maraqlı olub.

Azərbaycan ailələrində də qazax ailələrində olduğu kimi, mədəni dəyərlərin, adətlərin və öz köklərinə hörmətin nəsildən-nəslə ötürülməsi məni heyran edir.

Azərbaycan cəmiyyətinə xas olan səmimiyyəti, xoş münasibəti və ünsiyyətdə açıqlığı da yüksək qiymətləndirirəm. Azərbaycan icmasının nümayəndələri ilə ünsiyyət qurarkən dostluğun, qarşılıqlı yardımın və ətrafdakılara hörmətin onlar üçün nə qədər vacib olduğunu daha yaxşı anladım.

Azərbaycan dilində vətənpərvərlik mövzusunda mahnılar mənim üçün xüsusi yer tutur. Həmin mahnılarda Azərbaycan xalqının öz Vətəninə sevgisi, tarixinə və milli dəyərlərinə hörməti aydın hiss olunur.

– Sizcə, belə şəxsi hekayələr qazax və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşmasına necə kömək edir?

– Belə hekayələr qazax və Azərbaycan xalqlarının yaxınlaşmasında mühüm rol oynayır. İnsanlar bu cür şəxsi təcrübələrini bölüşəndə stereotiplərin aradan qalxmasına və daha dərin qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verirlər.

Mənim hekayəm göstərir ki, başqa bir xalqın mədəniyyətinə maraq təbii şəkildə yarana və zaman keçdikcə səmimi hörmətə və dostluğa çevrilə bilər. Belə nümunələr insanları qonşu ölkələrin mədəniyyətinə maraq göstərməyə, yeni dostlar qazanmağa və dövlətlər arasında humanitar əlaqələri möhkəmləndirməyə ruhlandırır.

Məhz şəxsi ünsiyyət, mədəni mübadilə və qarşılıqlı hörmət sayəsində qazax və Azərbaycan xalqları arasında möhkəm dostluq körpüləri qurulur.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi bir daha sübut edir ki, dövlətimiz xaricdə yaşayan vətəndaşlarımıza daim diqqət göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var