AZAL futbol klubu ölkə çempionatlarında 100-cü dəfə məğlub olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının beşinci turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarında 100-cü dəfə məğlub olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb. Hesabında 113 qələbə və 90 heç-heçə olan bakılılar həm də antirekorda imza atıblar. Belə ki, AZAL əvvəlki 4 turda olduğu kimi yenə də “quru” hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.
AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [23:28]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]