AZƏRBAYCAN ADAMBAŞINA DÜŞƏN BÜDCƏ XƏRCLƏRİNƏ GÖRƏ MDB MƏKANINDA QABAQCIL YERDƏDİR
“Biz bu il həm əsaslı vəsait qoyuluşu, həm də sosial proqramların icrası baxımından keyfiyyətcə yeni səviyyəyə qalxırıq. Azərbaycanın büdcəsi ildən-ilə artır, 2008-ci ilin icmal büdcəsi 12 milyard dollar səviyyəsindədir. Bu, 2003-cü illə müqayisədə on dəfə çoxdur. Ancaq onu da bilirik ki, iqtisadi imkanlarımız artdıqca, əlbəttə, biz istəyirik ölkənin qarşısında duran və insanları narahat edən məsələləri daha da sürətlə həll edək”.
Bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir. Bir müddət bundan əvvəl büdcəyə əlavələr edilməsi, dürüstləşmə aparılması məqsədi ilə hökumətə göstəriş verildiyini vurğulayan dövlət başçısı bildirmişdir ki, artıq dürüstləşmənin ilkin layihəsi hazırdır, müzakirə olunub və yaxın zamanlarda müzakirə üçün Milli Məclisə göndəriləcəkdir. Biz istəyirik ki, bu əlavələr, əlavə vəsait Azərbaycanın qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilsin. Büdcə artımı, əlbəttə, ölkənin gücünü, ölkənin potensialını göstərir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan bütün MDB məkanında qabaqcıl yerlərdədir və bütövlükdə dünya miqyasında çox yüksək yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]