Azərbaycan albanşünaslığından bəhs edən kitab MEK-in istifadəçilərinə təqdim olunub
Bakı, 8 yanvar, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) yeni işıq üzü görən “Azərbaycan albanşünaslığının (Qafqaz) tarixinə dair (Dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə)” adlı kitabı istifadəçilərinə təqdim edir.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, kitabın müəllifi A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevadır.
Kitabda albanşünaslıq tədqiqatları illər üzrə qeydə alınıb, illərin daxilində tədqiqat əsərlərinin yazıldığı dillər əsas götürülüb, müvafiq dillər daxilində əsərlər əlifba sırası ilə düzülüb. Beləliklə, bu mövzu əsasında dünya üzrə araşdırmaların sadəcə dinamikasını deyil, elmi prioritet və istiqamətlərin meydana gəlməsi dövrünü də müəyyən etmək mümkündür.
Azərbaycan albanşünaslığının (Qafqaz) tarixi inkişaf yolu, əsas mərhələləri və müasir vəziyyətinin öyrənilməsi aktual məsələlərdən biridir. Bu baxımdan kitab Qafqaz Albaniyasına dair tədqiqat aparan mütəxəssislər, gənc araşdırmaçılar, ümumiyyətlə Qafqaz Albaniyasının tarixinə maraq göstərənlər üçün dəyərli elmi mənbədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]