“Azərbaycan bayatıları” kitabı çapdan çıxıb
Bakı, 15 fevral, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan bayatıları” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda bu günədək xalq arasından toplanmış və müxtəlif toplularda çap olunmuş, eləcə də müxtəlif mərasimlərdə, məclislərdə söylənilən bayatılar verilib. “Azərbaycan bayatıları” kitabı kütləvi nəşr prinsiplərinə uyğun hazırlanıb.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın layihə rəhbəri akademik Muxtar İmanov, tərtibçisi və “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova), redaktoru isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]