Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə dəyərli töhfələr verir

Bakı, 16 aprel, AZƏRTAC

1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycan uğurlu əməkdaşlıq edir. Assosiasiyanın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında prokurorlar arasında forum rolunu oynamaqdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası təşkilat yarandığı vaxtdan onunla işgüzar münasibətlər qurub, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilib. Azərbaycanın nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan İcraiyyə Komitəsində və Senatda ölkəmizi layiqincə təmsil edirlər.

Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin aprelin 9-10-da Bakıda keçirilməsi qərara alınıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tailand, Bəhreyn və Mavriki dövlətlərinin baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra 20-dən çox ölkənin prokurorluq orqanlarının yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin iclasının açılışı olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb. Fuad Ələsgərov tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini vurğulayaraq, iclasın Azərbaycanda hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib.

İclasa sədrlik edən baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb. Zakir Qaralov Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın İcraiyyə Komitəsinin üzvü, hazırda isə Assosiasiyanın senatoru və fəxri üzvü, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olduğunu qeyd edib.

Baş prokuror Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirərək, iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə xidmət edəcəyinə əminliyini diqqətə çatdırıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu, Azərbaycanın BPA-nın inkişafına töhfələri ilə bağlı fotoslaydlardan ibarət əyani təqdimatla çıxış edib. Fikrət Məmmədov İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq, Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart müəyyən etdiyini vurğulayıb.

Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək, ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi idarə olunur, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir.

Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxışında iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə dərin təşəkkürlərini bildirib. O, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.

İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib. Habelə bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib.

Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti illik konfransının və ümumi yığıncağının 2018-ci il sentyabrın 9-13-də Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb.

Səfər çərçivəsində Baş Prokurorluqda Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroş, baş katibi Han Moraal, icraçı direktoru xanım Yanne Holst Hübner və təşkilatın digər rəsmiləri baş prokuror Zakir Qaralov ilə görüşüblər.

Görüşdə baş prokuror Assosiasiyanın İcraiyyə Komitəsinin iclasına məhz Azərbaycan Respublikasının ev sahibliyi etməsinin həm BPA-nın fəaliyyətində, həm də cinayətkarlığın bütün formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Baş prokuror BPA-nın İcraiyyə Komitəsinin daha əvvəl Bakıda keçirilmiş iclasını xatırladaraq, bu tədbirlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı qonaqlara son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.

Mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən Q.Yaroş ölkəmizlə təşkilat arasında qurulmuş münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan Prokurorluğunun dəstəyi ilə 2017-ci ildə Bakıda keçirilmiş Assosiasiyanın kibercinayətkarlıqla mübarizəyə dair konfransına yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək, İcraiyyə Komitəsinin 45-ci iclasında da ölkəmizin öz müsbət təcrübələrini tətbiq edəcəyinə ümidvar olduğunu bəyan edib.

Assosiasiya rəsmiləri daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov ilə görüşüblər.

Görüşdə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolu vurğulanıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Həmçinin Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığı, Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, habelə onun rəhbər orqanlarında fəal təmsilçiliyi yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyətinə dair faydalı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində baş prokuror Zakir Qaralov ilə Tailand Krallığının baş prokuroru Khemçai Çutivonqsi, Bəhreyn Krallığının baş prokuroru Əli Albuainaini, Mavriki Respublikasının baş prokuroru Saatyajit Boolell və digər ölkələrin baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiklərini diqqətə çatdıran xarici qonaqlar ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayıblar. Qonaqlar dövlətlərarası əməkdaşlığın prokurorluq orqanları arasında da genişləndirilməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildiriblər. Həmçinin hüquqi sahədə işbirliyi üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində müqavilə bazasının formalaşdırılmasından danışılıb. İkitərəfli görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Səfər zamanı iştirakçılar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda tikilən və ən müasir avadanlıqla təchiz edilən inzibati binasında olublar. Baş İdarədə yaradılmış yüksək iş şəraiti ilə yaxından tanışlıq zamanı qonaqlara korrupsiyaya qarşı mübarizədə qətiyyətli siyasi iradənin təzahürü olan qurumun fəaliyyəti barədə məlumat verilib.

Sonra Assosiasiyanın rəsmiləri ilə quruma üzv olan ölkəmizin gənc prokurorluq əməkdaşlarının görüşü keçirilib. Əməkdaşlara təşkilatın cinayətkarlıqla mübarizənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən ixtisaslaşdırılmış şəbəkələri və digər layihələri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qonaqlar, həmçinin Azərbaycanın tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Eyni zamanda, bölgələrə səfər edən iclas iştirakçıları Şəkidə məhkəmə kompleksinin və rayon prokurorluğunun fəaliyyəti, rayonun qədim tarixi guşələri ilə tanış olublar. İştirakçılar Qəbələdə “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin müasir məhkəmə binası ilə tanışlıqdan da xoş təəssüratla ayrılıblar. Qonaqlar “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə səfər edərək ölkəmizin turizm potensialının, burada yaradılan və ən yüksək beynəlxalq standartlara cavab verən infrastrukturun əyani şahidi olublar.

Azərbaycan Respublikasının prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat