Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında iştirak edəcək
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında Azərbaycan Respublikasının iştirakı ilə bağlı qərar qəbul olunub. Sərəncama əsasən, ölkəmizin BYİB-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti Maliyyə naziri Samir Şərifova və Ədliyyə naziri Fikrət Məmmədova verilib. Əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycan Respublikasının 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon ABŞ dolları olan 2371 (ümumi səs paritetinin 0,13 faizi) səhmə malikdir. 189 səhmdar ölkəyə məxsus dünyanın ən böyük inkişaf bankı olan BYİB orta gəlirli və kreditalma qabiliyyəti aşağı olan ölkələri kredit, zəmanət, riskin idarə edilməsi məhsulları və maliyyə məsləhətləri ilə təmin etməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]