Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan BMT ölkələrinin nazirlərinin Şəhərlər və İqlim Dəyişikliyi ilə bağlı iclasında təmsil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Misirin Şarm əl-Şeyx şəhərində keçirilən 27-ci Tərəflər Konfransı (“COP27” - “27th Conference of Parties”) çərçivəsində üzv ölkələrin şəhərsalma və məskunlaşma nazirlərinin “Şəhərlər və İqlim Dəyişikliyi” mövzusunda iclası keçirilib. Nazirlər İclasında ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, “COP27”, Konfransa ev sahibliyi edən Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) birgə təşkil etdiyi bu iclasın məqsədi iqlim və şəhər icmaları arasında sinerjinin artırılması, iqlim dəyişikliyi və şəhərsalma məsələlərinin kompleks həlli üçün ölkələrdə milli və yerli səviyyələrdə müvafiq tədbirlərin həyata keçirilməsini təşviq etməkdir.

İclas gündəliyinin əsas məsələsi kimi “UN-Habitat” və “COP27” tərəfindən Dayanıqlılıq üçün Yerli Hökumətlər Şəbəkəsinin (“ICLI” - “Local Governments for Sustainability”) dəstəyi ilə irəli sürülən “Gələcək Nəsillər üçün Dayanıqlı və Davamlı Şəhərsalma” (“SURGe” - “Sustainable Urban Resilience for the Next Generation”) təşəbbüsü təqdim olunub. “SURGe” təşəbbüsü dayanıqlı şəhər sistemlərinə nail olmaq üçün bu sahədə mövcud olan müxtəlif təşəbbüslərin ümumi çərçivəsi qismində irəli sürülüb. Təşəbbüsün məqsədi şəhərlərdə iqlim gündəliyinin icrasının intensivləşdirilməsi, iqlim maliyyələşməsinin artırılması, bu sahədə mövcud potensialın gücləndirilməsi, texnologiya və innovasiyalardan yararlanmaq imkanlarının genişləndirilməsi, eləcə də dünyanın şəhər icmaları arasında bərabərliyin təmin edilməsi kimi kompleks tədbirlərin reallaşdırılmasıdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin “UN-Habitat”ın icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşü keçirilib. Görüş zamanı xanım icraçı direktor Azərbaycan Hökumətinə təşkilatın fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını ifadə edib, bir sıra istiqamətlər üzrə ölkəmizlə əməkdaşlıq səviyyəsindən məmnunluğunu bildirib.

Komitə sədri Anar Quliyev “UN-Habitat”ın fəaliyyətinə dəstəyin davam etdiriləcəyini vurğulayaraq, “SURGe” təşəbbüsünün Azərbaycan üçün yüksək əhəmiyyətli olduğunu və bu təşəbbüsün reallaşdırılmasında ölkəmizin fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkəmizlə “UN-Habitat” arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təşkilatın tezliklə Azərbaycanda layihə ofisinin açılması, onun əsas fəaliyyət istiqamətləri, habelə 2023-cü ildə ölkəmizdə 2-ci dəfə keçiriləcək “NUFA2” - Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı bir sıra təşkilati məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub. Görüşdə şəhərsalma fəaliyyətində iqlimə mənfi təsirin minimuma endirilməsi üzrə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti üzvlərinin Misirin Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyinin rəsmiləri ilə də keçirilmiş görüşündə ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub, 2024-cü ildə Misirdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyasında (“WUF12”) Azərbaycanın iştirakına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Xırdalanda yaşayış kompleksində yanğın baş verib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib